Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Bizim.Media xəbər verir ki, layihəyə görə, avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərlə bağlı dövlət rüsumları müəyyənləşib.
Belə ki, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000 manat,
seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat,
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500 manat,
seriyası eyni hərflərdən ibarət olduqda 2000; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000 manat,
seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacaq.
Dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.
Vüsalə Balayeva, Bizim.Media