“Müddətdən artıq hərbi xidmət edən hərbçilərin maaşlarının artırılmasını təklif edirəm. Çünki bu daha güclü ordunun yaranmasına stumul verəcək”
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşunda deputat Vüqar İsgəndərov deyib.
O, bildirib ki, bu hərbçilərin maaşlarının 2 qat artırılmasına ehtiyac var.
Vüsalə Balayeva, Bizim.Media