Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
Bizim.Media-nın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirəsi davam edəcək.
Ümumilikdə iclasın gündəliyinə 24 məsələ daxildir.
Plenar iclas sabah da davam edəcək.
Vüsalə Balayeva, Bizim.Media