Bu gün günorta saatlarında Türkiyədə dollar rekord səviyyəyə yüksəlib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, saat 15.00 radələrində qardaş ölkədə bir dollar 10,25 lirəyə satılıb.
Axşam saatlarında dollar-lirə məzənnəsində bir qədər yumşalma olub. Dolların satış qiyməti 10.0078 lirəyə bərabər olub.
Xatirə, Bizim.Media