Bu gün respublika üzrə pensiyaçıların ümumi sayı 1 milyon 200 min nəfərdən çoxdur.
Bu barədə Bizim.Media-ya Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Qeyd edilib ki, bu da respublika üzrə ümumi əhalinin 12%-ni təşkil edir.
Yaşa görə pensiyanın orta aylıq məbləği 358 manatdır. Pensiyaçıların 55,5%-ni qadınlar, 44,5%-ni isə kişilər təşkil edir.
Bizim.Media