2021-ci ilin 10 ayında Azərbaycanda 21 353 ton kərə yağı istehsal olunub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çoxdur.
Komitənin məlumatına əsasən, duru bitki yağlarının istehsalı 0,7 faiz, marqarin istehsalı isə 4,3 faiz azalıb. Belə ki, 43 066 ton duru bitgi yağı, 39699 ton isə marqarin yağı istehsal edilib.
Xatirə, Bizim.Media