2021-ci ilin 10 ayında ölkənin əsas kapitalında ümumilikdə 10 milyard 569 milyon manat investisiya yatırılıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% azdır.
Sərmayənin 3,551 mlrd. manatı xarici sərmayələrin payına düşüb ki, bu da 33,6% təşkil edib.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 289 milyon manatı Böyük Britaniya, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.
Bizim.Media