“Oktyabrın sonuna qədər 120 milyon manata qədər məbləğ Əlavə Dəyər Vergisini (ƏDV geri al) geri al kampaniyası iştirakçılarına geri qaytarılıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri bu gün Milli Məclisin keçirilən plenar iclasında büdcə müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Hazırda ƏDV-ni geri al kampaniyasından 1 milyon 600 min əhali istifadə edir”, - deyə, nazir bildirib.
Vüsalə Balayeva, Bizim.Media