Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 28 milyard 432,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 20,4% çoxdur.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qaz nəqlinin 50,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Hesabat dövründə bu kəmərlə 14 milyard 364,9 mln. kubmetr qaz ötürülüb.
Bu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 45,8% çoxdur.
Bizim.Media