“Gələn il Azərbaycanda dövlət büdcəsində sosialyönümlü xərclər 46,6% paya malik olacaq. Bu indiyə qədər qeydə alınmış ən yüksək həddir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə büdcə müzakirəsi zamanı deyib.
Millət vəkili həmçinin bildirib ki, ölkədə manatının məzənnəsi sabit qalsa da, inflyasiyanın sürətlənməsi müşahidə edilir.
Vüsalə Balayeva, Bizim.Media