2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 185 milyon 475 min dollar dəyərində geyim məhsulları idxal edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu qeyri-neft sektorunda idxalın 2,22 faizini təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə geyim idxalı 37 milyon 450 min çox olub. Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında müxtəlif ölkələrdən Azərbaycana 148 milyon 26 min dollar məbləğində geyim idxal olunub.
Bizim.Media