Xəzəri daha çox hansı ölkə çirkləndirir? – SİYAHIDA Ermənistan və Gürcüstan da var

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzərin yerüstü mənbələrdən çirklənməsinin mühafizəsi üzrə ratifikasiya protokolu haqqında qanunu imzalayıb. Ümumiyyətlə, Xəzər dənizinin çirklənmədən qorunması üçün ilk çağırışlar Azərbaycandan gəlib və bu istiqamətdə müxtəlif işlər görülür.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 avqust - Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü ilə bağlı aksiyalar da reallaşdırır. 

Müxtəlif illərdə Azərbaycanda Xəzər sahilləri kənarında mövcud təmizləyici qurğuların müasirləşdirilməsi və yenilərinin tikintisi üzrə irimiqyaslı işlər görülüb. Tehran Konvensiyasının başlıca məqsədi Xəzərin çirklənməsinin azaldılması, gəmilərin törətdikləri çirklənmələrdən dənizin mühafizəsi üzrə tədbirlərin görülməsi, Xəzərin bioloji müxtəlifliyinin qorunması və Xəzərdə birgə monirtorinqlərin aparılmasıdır. 

Xəzər dənizi necə çirklənir?

1.    Xəzərin neftlə çirklənməsi problemi özünün qədimliyi, fauna-floraya, suyun fiziki-kimyəvi xassələrinə, dəniz dibi çöküntülərə çoxtərəfli təsirinə görə başlıca yeri tutur. Hazırda demək olar ki, Xəzərin bütün akvatoriyası və ora axan bütün çaylar neftlə çirklənməyə məruz qalıb. 

2.    Çaylar vasitəsilə hər il Xəzərə 40–45 km3 çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür.

Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10–11 sm-ə çatardı. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə daxil olur. Araz çayına birləşən Oxçuçayın də Ermənistan tərəfindən zəhərləndiyini və nəticədə Xəzər dənizinə töküldüyünü xatırlatmaq lazımdır.

3.    Təmizlənməmiş sənaye məhsulları, obyektlərinin çirkab suları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quru və su sahillərində qaz və neft buruqlarının istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsi. Çirkabın qeyri- bərabər paylanması dənizin ayrı-ayrı sahələrinin ciddi şəkildə çirklənməsinə gətirib çıxarır.

Sahilboyu yaranan çirklənməni bir zonadan başqasına aparır və oranı da çirkləndirir. Tullantılar əsasən suyun üzəndə — üst qatında toplaşaraq "su-atmosfer" zonası yaradır, onda məhz burada yığılmış çirkablar hesabına daha çox dənizin bioloji əhəmiyyətli sahələrinin çirkləndiyini qeyd etmək lazım gəlir.
 

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində iri miqyaslı ekoloji layihələrin və kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq bır sıra ekoloji problemlər hələ də öz həllini tapmayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128 axar qeydə alınıb.

Bu axarlar vasitəsilə dənizə gündə 1 850 min kubmetr tullantı suyu daxil olur.    

Respublikanın sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından burada formalaşan müxtəlif tərkibli tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. Bunun nəticəsində dənizin və sahil zolağının ekoloji vəziyyəti pisləşir. Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əfqanıstan raketləri müharibəni “kölgədə qoydu” - VİDEO

Əfqanıstan raketləri müharibəni “kölgədə qoydu” - VİDEO

Çexiya Prezidenti: Tramp NATO-ya Putindən daha çox zərər vurub

Çexiya Prezidenti: Tramp NATO-ya Putindən daha çox zərər vurub

Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Oxşar situasiya, fərqli reaksiya – Araşdırmaq yerinə günahlandırmağı seçmək YANLIŞI

Oxşar situasiya, fərqli reaksiya – Araşdırmaq yerinə günahlandırmağı seçmək YANLIŞI

DİQQƏT: Gecə bu yollar BAĞLI OLACAQ

DİQQƏT: Gecə bu yollar BAĞLI OLACAQ

Həcc ziyarəti üçün kvota tamamlanmayıb - QMİ

Həcc ziyarəti üçün kvota tamamlanmayıb - QMİ

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILDI

Prezident Azərbaycanın pravoslav xristian icmasını TƏBRİK ETDİ

Prezident Azərbaycanın pravoslav xristian icmasını TƏBRİK ETDİ

İsrailli nazir: İranla atəşkəs səhv idi

İsrailli nazir: İranla atəşkəs səhv idi

Kamil Zeynallının reklam etdiyi çayı İÇDİ - "Hazırda özümü çox pis hiss edirəm..."

Kamil Zeynallının reklam etdiyi çayı İÇDİ - "Hazırda özümü çox pis hiss edirəm..."

Çoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİK

Çoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİK

Gəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi

Gəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi

Aytən Səfərova futbol ulduzlarının VİDEOSUNU təkrarladı

Aytən Səfərova futbol ulduzlarının VİDEOSUNU təkrarladı

ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir – FOTO

ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir – FOTO

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Paşinyandan müxalifətə sərt CAVAB: “Bəyanatlarınız müharibəyə gətirib çıxaracaq”

Siyəzəndə qazın verilməsi dayandırlacaq

Siyəzəndə qazın verilməsi dayandırlacaq

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

“Ozon” aptek müştərilərə niyə ƏDV çekini VERMİR? – FOTOFAKT

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Tahir Gözel “Azərsun Holdinq”in yeni rəhbəri oldu

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

Paşinyan: “Ermənistan hakimiyyəti Rusiyanın iradəsinə zidd heç nə etmir”

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

“Üç dövlət olaraq öz taleyimizi özümüz müəyyən etməliyik” - Şamil Ayrım

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

Bakıda kafe KÜLƏ DÖNDÜ - VİDEO

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

“Sumqayıt”ın baş məşqçisi futbolçularla əlbəyaxa dava edib? – KLUBDAN AÇIQLAMA

Türkiyəli məşhur müğənni saxlanılıb

Türkiyəli məşhur müğənni saxlanılıb

End of content

No more pages to load

RADİO