Avropa İttifaqı (Aİ) bir ay ərzində Kabildəki diplomatik nümayəndəliyini yenidən açmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Financial Times” nəşri yayıb.
Qeyd olunur ki, Kabil diplomatik missiyasının işinin bərpası humanitar yardımın göstərilməsi və evakuasiya sahəsində səmərəliliyin artırılması üçün zəruridir, ancaq nümayəndəliyin qorunması məsələsi problemə çevrilib.
Aİ bu funksiyanın özəl təhlükəsizlik şirkətlərinə və ya üzv dövlətlərin kontingentlərinə verilməsində israrlıdır.
Taliban, öz növbəsində vurğulayıb ki, etibarlı təhlükəsizliyi yaraqlıları təmin edə bilər. Hərəkat xarici kontingentin ölkədə mövcudluğundan əsaslı şəkildə imtina edib.
Bizim.Media