Bu gün səhər saatlarında əmtəə birjalarında neftin qiyməti yüksəlib. Həm brent markalı nefft, həm də ABŞ xam nefti (WTI) 1,5 faiz bahalaşıb.
Brent 77,34 dollardan, ABŞ xam nefti (WTI) isə 73,31 dollardan ticarət olunub.
Neftin qiymətinin qarşıdakı aylarda bir qədər də yüksələcəyi gözənilir. Avropa təbii qazın bahalaşması neft qiymətlərinə də öz təsirini göstərir. Əgər gözlənildiyi kimi Avropada qış fəsli sərt keçərsə, neft qiymətlərinin 85 dollara çatacağı ehtimal olunur.
Qeyd edək ki, dünən “Azeri Light” markalı neftin bir barelinin qiyməti 76,93 dollar təşkil edib.
Son iki il ərzində Azərbaycan neftinin maksimum qiyməti isə bu il iyulun 5-də 78,35 dollar olaraq qeydə alınıb.
Xatirə, Bizim.Media