2021-ci ilin yanvar-avqustunda Azərabycanda kompüter texnikası və elektron avadanlıq satışı ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artaraq 232,4 milyon manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Eyni zamanda, Azərbaycanda yanvar-avqust aylarında istehsal olunmuş komputer texnikasının məbləği 138 milyon manata bərabər olub. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,95 faiz azdır.
Bizim.Media