Azərbaycanda problemli kreditlərin həcmi azalıb.
Bizim.Media Mərkəzi Bankın məlumatına istinadən bildirir ki, sentyabrın 1-nə olan məlumatlara görə, ödəniş vaxtı keçmiş kreditlərin payı 5,8 faizə enib.
Məlumata görə, bankların kredit qoyuluşu 15,6 milyard manat olub ki, onun da 904 milyon manatı vaxtında qaytarılmayan kreditlərdən ibarətdir.
İyul ayının sonunda isə vaxtı keçən kreditlərin payı 6,1 faiz olub.
Qeyd edək ki, ödəmə vaxtı keçən kreditlərin ümumi kredit portfelində payının 10 faiz olması babnk sektoru üçün təhlükə hədd hesab edilir.
Xatirə, Bizim.Media