“iPhone”-lar sahibinin depressiyada olub-olmadığını müəyyənləşdirəcək.
Bizim.Media xəbər verir ki, “Apple” şirkəti istifadəçilərdə stres, depressiya, narahatlıq və idrak geriliyini müəyyən etməyə kömək edəcək bir sıra yeni layihələr və texnologiyalar üzərində işləyir.
Nüfuzlu “Wall Street Journal” nəşrinin məlumatına görə, bu xüsusiyyətlər istifadəçinin biometrik məlumatlarından istifadə edərək müxtəlif psixi sağlamlıq problemlərini aşkar etməyə və diaqnoz qoymağa imkan verəcək.
Bu layihələr Kaliforniya Universiteti və Biogen biotexnika firması ilə birlikdə həyata keçirilir.
Xatirə, Bizim.Media