Azərbaycandan tərəvəz ixrac edilən ölkələrin siyahısı genişlənir.
Bizim.Media xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Belarusa kartof tədarük edən əsas ölkələr sırasında Azərbaycan da yer alıb.
Azərbaycanla yanaşı Rusiya, Şimali Makedoniya, Misir və Almaniya da Belarusun ilk dəfə kartof idxal etdiyi ölkələr olub.
Qeyd edək ki, özü kartof ixrac edən Belorusda bu il quraqlığa görə istehsalın həcmi azalıb. Buna görə də məhsulun qiymətində 70 faiz artım olub.
Xatirə, Bizim.Media