Azərbaycanda tikinti materiallarının istehsalı xeyli artıb.
Bizim.Meda Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu sahədə istehsalın ümumi dəyəri 525,2 milyon manat olub.
Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64,3 faiz artım deməkdir.
Tikinti materialları istehsalının artım faizlərini təqdim edirik:
Betondan yığma tikinti konstruksiyaları - 2,2 dəfə,
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri - 98,3 faiz,
Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar - 65,9 faiz,
Hörmə üçün hazır beton qarışığı - 38,5 faiz,
Tikinti gipsi - 31,5 faiz,
Tikinti əhəngi - 16,3 faiz,
Tikinti kərpici - 15,6 faiz,
Sement - 1,5 faiz
Xatirə, Bzim.Media