İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenlə görüşüb.
Bizim.Media xəbər verir ki, nazir rəsmi “Twitter” hesabında bu barədə paylaşım edib.
“Matteo Patrone və Katarina Byorlin Hansenlə Gəncə “Yaşıl Şəhər Proqramı”nın icrasını və digər şəhərlərimizdə tətbiqi imkanlarını, yeni investisiya layihələrini, azad olunmuş ərazilərimizin potensialının reallaşdırılmasında Bankın iştirakını müzakirə etdik.
EBRD ilə birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiqi, iqtisadi şaxələndirmənin təşviqi baxımından əhəmiyyətlidir”, - deyə nazir qeyd edib.
Bizim.Media