Qazaxıstan 16 ölkə ilə uçuşları bərpa edir.
Bizim.Media xəbər verir ki, bu barədə qərar COVID-19-un yayılmasının qarşısının alınması üzrə Qurumlararası Komissiyanın iclasında verilib.
Beləliklə, Qazaxıstan Rusiya, Türkiyə, Azərbaycan, BƏƏ, Özbəkistan, Almaniya, Maldiv, Koreya, Polşa, Macarıstan, İtaliya, Çexiya, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı və Küveyt ilə hava əlaqələrini bərpa edir.
Uçuşların bərpa olunması ilə yanaşı, saylarının da artırılacağı gözlənilir.
Bizim.Media