Beynəlxalq kriptovalyuta birjası “Coinbase Global” ABŞ tənzimləyici orqanlarının təzyiqinə tab gətirməyərək, öz fəaliyyətini müəyyən qədər məhdudlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.
Birja “Lend” məhsulunun satışını təxirə salıb. Qeyd edək ki, “Lend” elektron pul sahiblərinin faiz müqabilində borc verə biləcəyi bir məhsuldur.
Şirkətdən bildirilib ki, proqram ən azı oktyabr ayına qədər dayandırılıb.
Xatirə Nəsirli, Bizim.Media