Tarif Şurasından gözlənilən "qara xəbər" gəldi...

Bu gün Azərbaycan Tarif Şurası növbəti iclası keçirilib.Şuradan apa-ya verilən məlumata görə, iclasda rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara (“Azərenerji” ASC və “Azərikimya” İB) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılıb. 

 

Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılıb və  qərar qəbul edilib. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilib. Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.

 

Tarif Şurasının iclasında həmçinin, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı tarif həddi kimi təsdiq edilib, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kiloqram) saxlanılıb.

 

İclasda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib.

 

Rabitə xidmətləri üzrə yeni tariflər 1 yanvar 2014-cü il tarixindən təsdiq olunmuş digər tariflər isə 3 dekabr 2013-cü il tarixindən tətbiq ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada narazılıqlar artır: "Krımı itiririk, məlumatlar Putinə gedib çatmır”

Rusiyada narazılıqlar artır: "Krımı itiririk, məlumatlar Putinə gedib çatmır”

Salyanda AĞIR QƏZA - Yaralılar var

Salyanda AĞIR QƏZA - Yaralılar var

Sabiq mer dünya çempionatında bu FOTOLARI ilə sosial şəbəkələri alt-üst etdi

Sabiq mer dünya çempionatında bu FOTOLARI ilə sosial şəbəkələri alt-üst etdi

İsveçrədəki ABŞ-İran danışıqları ilə bağlı YENİ DETALLAR

İsveçrədəki ABŞ-İran danışıqları ilə bağlı YENİ DETALLAR

Bakıda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – ÖZƏL/VİDEO

Bakıda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – ÖZƏL/VİDEO

SON DƏQİQƏ! Moskvada raket xəbərdarlığı edildi – FOTO

SON DƏQİQƏ! Moskvada raket xəbərdarlığı edildi – FOTO

Şavkat Mirziyoyev Azərbaycan səfirini ordenlə təltif etdi

Şavkat Mirziyoyev Azərbaycan səfirini ordenlə təltif etdi

Ermənistandan Moskvaya uçan təyyarə həyəcan SİQNALI verdi

Ermənistandan Moskvaya uçan təyyarə həyəcan SİQNALI verdi

Direktor müəllimlərlə əlbir olub 71 min manat mənimsədi

Direktor müəllimlərlə əlbir olub 71 min manat mənimsədi

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi — FOTO

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi — FOTO

Moskvanın bütün hava limanları BAĞLANDI - VİDEO

Moskvanın bütün hava limanları BAĞLANDI - VİDEO

Türkmənistan Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Türkmənistan Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq

Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 32 dərəcə isti olacaq

Şükürbəyli kəndinə növbəti köç yola salındı

Şükürbəyli kəndinə növbəti köç yola salındı

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər – FOTO

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər – FOTO

“Neftçi” yeni transferi üçün nə qədər PUL ÖDƏYİB?

“Neftçi” yeni transferi üçün nə qədər PUL ÖDƏYİB?

Bu ölkədə yeraltı bunkerdən 2,7 ton kokain müsadirə edildi

Bu ölkədə yeraltı bunkerdən 2,7 ton kokain müsadirə edildi

Azərbaycan-Türkmənistan sənədləri İMZALANDI - FOTO

Azərbaycan-Türkmənistan sənədləri İMZALANDI - FOTO

Qardaşıgilə qonaq gedən qız 8-ci mərtəbədən yıxıldı

Qardaşıgilə qonaq gedən qız 8-ci mərtəbədən yıxıldı

Gəncədə 67 yaşlı qadın evində ölü tapıldı

Gəncədə 67 yaşlı qadın evində ölü tapıldı

SON DƏQİQƏ! Britaniyanın Baş naziri istefa verdi - VİDEO

SON DƏQİQƏ! Britaniyanın Baş naziri istefa verdi - VİDEO

Bakıda müəllimlərin orta aylıq maaşı AÇIQLANDI

Bakıda müəllimlərin orta aylıq maaşı AÇIQLANDI

End of content

No more pages to load

RADİO