Azərbaycan və Türkmənistan arasında yekun razılaşma əldə olunduqdan 3-5 il sonra “Dostluq” yatağında hasilat başlaya bilər.
Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ICIS-ə (Independent Commodity Inteligence Services) müsahibəsində deyib.
Qeyd edək ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən “Dostluq” neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib.
2021-ci ilin yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.
Bizim.Media