AQTA sahibkarlara çağırış etdi

Hazırda ölkədə koronavirusa (COVID-19) yoluxmada artan statistika müşahidə edilir.

Əfsuslar olsun ki, bu dövr ərzində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı bir sıra sahibkarların qaydalara əməl etməməsi faktları aşkar olunmuş, müvafiq inzibati cərimələr tətbiq edilib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, agentlik monitorinq qruplarının sayını və tədbirlərinin intensivliyini artırmaqla yanaşı, əlavə sərtləşdirilmiş nəzarət tədbirləri həyata keçirir.

Monitorinqlər ictimai iaşə obyektlərində karantin dövründə müştəri qəbulu, eləcə də qida məhsullarının ticarəti və ictimai-iaşə sahəsində fəaliyyət göstərən qida obyektlərində koronavirusun profilaktikasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 və 1 may 2020-ci il tarixli 160 nömrəli qərarları ilə təsdiq edilmiş metodiki göstərişlərə əsasən aparılır.

Agentliyin internet səhifəsində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə ilə bağlı xüsusi bölmə yaradılıb, sahibkarlar və istehlakçılar üçün bütün lazımi məlumatlar orada ictimailəşdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 237 saylı Qərarına edilmiş dəyişikliklərə əsasən, sahibkarlar təsdiq edilmiş qaydalara daha ciddi əməl etməli, müvafiq məsul şəxs təyin etməlidirlər.

Bu Qərardan irəli gələn tələblər yerinə yetirilmədikdə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Eyni zamanda, interaktiv məlumat mübadiləsinin təmin olunması üçün həmin məsul şəxs haqqında müvafiq məlumatlar Agentliyə təqdim olunmalıdır.

Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatından keçmiş sahibkarların şəxsi kabinetləri vasitəsilə ictimai iaşə müəssisələri üzrə məsul şəxslər haqqında lazımi məlumatların təqdim edilməsi üçün müvafiq bildirişlər sahibkarlara göndərilmişdir.

Qida təhlükəsizliyi qeydiyyatına alınmamış sahibkarlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.3 bəndinə uyğun olaraq, öz obyektlərinin qeydiyyata alınmasını və qanunun tələblərinin yerinə yetirilməsini təmin etməlidir.

Nəzərə almaq lazımdır ki, qeydiyyatsız fəaliyyət göstərmək qanuna ziddir və monitorinqlər zamanı belə müəssisələr aşkar edilərsə, fəaliyyətlərinin qanuna müvafiq olaraq məhdudlaşdırılması məsələsinə baxılacaqdır.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Azərbaycanda həkim vəfat etdi - FOTO

Azərbaycanda həkim vəfat etdi - FOTO

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

Könül Qasımovanın həbs müddəti UZADILDI

Könül Qasımovanın həbs müddəti UZADILDI

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

End of content

No more pages to load

RADİO