2014-2018-ci illər ərzində Bakı Metropoliteninin daha on bir stansiyasının istifadəyə verilməsi planlaşdırılır.
Moderator.az-ın məlumatına görə, yeni stansiyaların səkkizinin yaxın üç ildə işə salınması nəzərdə tutulur. Beş stansiya metronun “Bənövşəyi” xəttinin, digər altı stansiya isə “Yaşıl” xəttin davamı olacaq. 2014-cü ildə “Bənövşəyi” xəttin iki stansiyası ”“ “Avtovağzal” və “Memar Əcəmi-2”, sonrakı iki il ərzində isə daha üç stansiya istifadəyə veriləcək. Hazırda “Yaşıl” xəttin davamı olaraq Yeni Günəşli və Köhnə Günəşli qəsəbələri istiqamətlərində tunellər çəkilir. Eyni zamanda “Xətai - Həzi Aslanov” xəttinin tikintisi davam etdirilir.