“Azərbaycan və Rusiya müxtəlif beynəlxalq nəqliyyat dəhlizlərində əməkdaşlığı davam etdirirlər”.
Bizim.Media xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Rusiya ixracatçıları ilə görüşündə danışıb
Nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Rusiya, Azərbaycan və regionun transport imkanlarını genişləndirəcək.
Rəşad Nəbiyev əlavə edib ki, bu gün işğaldan azad edilən ərazilərdə sürətli şəkildə avtomobil yollarının bərpası, əsas yolların yenidənqurulması prosesi gedir.
O, həmçinin, ölkədə yük avtomobilləri parkının yenilənməsi məsələsinə də toxunub:
“Azərbaycana yeni, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin gətirilməsi həm daha sürətli nəqliyyat və çatdırılma prosesinə, həm də effektiv logistikaya töhfə verəcək”.
Bizim.Media