Baxmayaraq ki, dünyada koronavirusun yeni növü - "Delta" ştammı sürətlə yayılmağa başlayır Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə dünya iqtisadiyyatının "sürətli bərpasını" proqnozlaşdırır.
Bizim.Media xəbər verir ki, bunu BVF-nin direktoru Kristalina Georqiyeva deyib.
Onun sözlərinə görə, 2021-ci ildə dünya iqtisadiyyatının artımı üzrə proqnoz aprel ayı ilə eyni səviyyədə - 6 faiz səviyyəsində qalıb.
"Lakin aprel və iyul ayları arasındakı dövrdə bu 6 faizin tərkibi dəyişib. İndi proqnozlaşdırırıq ki, bəzi ölkələrdə artım daha sürətli olacaq. Bəzi ölkələrdə isə daha zəif olacaq" deyə BVF direktoru bildirib.
Bizim.Media