Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - SİYAHI

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub.

Bizim.Media xəbər verir ki, Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 11 milyard 957,6 milyon ABŞ dolları təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın ötən ay Avropa İttifaqı ölkələri ilə ixrac-idxalı nə qədər olub?


Ticarət dövriyyəsinin 7564,7 milyon dollarını və ya 63,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 4392,9 milyon dollarını (36,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3171,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

2020-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 21,3 faiz artmış, real ifadədə isə 10,2 faiz, o cümlədən idxal 13,4 faiz, ixrac 7,8 faiz azalmışdır.

2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,8 faiz, real ifadədə 11,9 faiz artaraq 907,6 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 36,8 faizini İtaliyaya, 16,3 faizini Türkiyəyə, hər biri 4,7 faiz olmaqla Hindistan və Gürcüstana, 4,6 faizini İspaniyaya, 3,9 faizini Rusiyaya, 3,7 faizini İsrailə, hər biri 2,6 faiz olmaqla Ukrayna, Portuqaliya və Tunisə, 2,4 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Tailanda, 1,7 faizini Belarusa, 1,6 faizini Çinə, 1,2 faizini İsveçrəyə, 7,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
 

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,8 faiz), Türkiyəyə (28,1 faiz), İsveçrəyə (10,0 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,2 faiz), Çinə (1,9 faiz), Ukraynaya (1,6 faiz), Türkmənistana (1,6 faiz), Qazaxıstana (1,2 faiz), Özbəkistana (1,2 faiz), Birləşmiş Krallığa (1,0 faiz), Belçikaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.


Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 15,0 faizi Türkiyə, 12,7 faizi Çin, 6,6 faizi Almaniya, 4,4 faizi ABŞ, 4,0 faizi Ukrayna, hər biri 3,5 faiz olmaqla İran və İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, 1,2 faizi Belarus, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-dan Rusiyaya gözlənilməz JEST – “Bu məhsullar UCUZLAŞACAQ”

ABŞ-dan Rusiyaya gözlənilməz JEST – “Bu məhsullar UCUZLAŞACAQ”

Dumanlı hava nə vaxtadək davam edəcək?

Dumanlı hava nə vaxtadək davam edəcək?

Balakəndə avtomobil yoldan çıxaraq aşdı

Balakəndə avtomobil yoldan çıxaraq aşdı

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

"Bitcoin" 66 min dollara düşdü

"Bitcoin" 66 min dollara düşdü

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

İran İsrailin pilotsuz təyyarəsini vurdu

İran İsrailin pilotsuz təyyarəsini vurdu

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

Cəlilabadda güclü yanğın: 85 yaşlı kişi öldü

Cəlilabadda güclü yanğın: 85 yaşlı kişi öldü

Tramp Makronu ƏLƏ SALDI – “Arvadının yumruğundan sonra...” – VİDEO

Tramp Makronu ƏLƏ SALDI – “Arvadının yumruğundan sonra...” – VİDEO

Overçukdan İrəvana xəbərdarlıq: Ermənistan təhlükəli həddə yaxınlaşır

Overçukdan İrəvana xəbərdarlıq: Ermənistan təhlükəli həddə yaxınlaşır

600 minlik dələduzluq edəndən XƏBƏR VAR

600 minlik dələduzluq edəndən XƏBƏR VAR

End of content

No more pages to load

RADİO