Bahalaşan və ucuzlaşan məhsullar məlum oldu

2021-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-iyun aylarına nisbətən 104,3 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,5 faiz təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104,7 faiz təşkil edib.

2021-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,6 faiz, əvvəlki ilin iyun ayına nisbətən 105,3 faiz olub.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, ucuzlaşma isə əsasən, mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, almanın, armudun, alçanın, əriyin, şaftalının, çiyələyin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kələmin, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunmuşdur.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104,6 faiz təşkil edib.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, parketin, sementin, mebellərin, soyuducuların, kondisionerlərin, tozsoranların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, boşqab, fincan və nəlbəkilərin, ucuzlaşma isə əsasən paltaryuyan maşınların, televizorların, mobil telefonların və kompüterlərin qiymətlərində müşahidə olunmuşdur.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104,0 faiz olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

"Bitcoin" 66 min dollara düşdü

"Bitcoin" 66 min dollara düşdü

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

İran İsrailin pilotsuz təyyarəsini vurdu

İran İsrailin pilotsuz təyyarəsini vurdu

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

Cəlilabadda güclü yanğın: 85 yaşlı kişi öldü

Cəlilabadda güclü yanğın: 85 yaşlı kişi öldü

Tramp Makronu ƏLƏ SALDI – “Arvadının yumruğundan sonra...” – VİDEO

Tramp Makronu ƏLƏ SALDI – “Arvadının yumruğundan sonra...” – VİDEO

Overçukdan İrəvana xəbərdarlıq: Ermənistan təhlükəli həddə yaxınlaşır

Overçukdan İrəvana xəbərdarlıq: Ermənistan təhlükəli həddə yaxınlaşır

600 minlik dələduzluq edəndən XƏBƏR VAR

600 minlik dələduzluq edəndən XƏBƏR VAR

Böyük ZƏFƏRİN qazanılmasında TARİXİ ADDIM – Aprel döyüşlərinin siyasi və hərbi-strateji ƏHƏMİYYƏTİ

Böyük ZƏFƏRİN qazanılmasında TARİXİ ADDIM – Aprel döyüşlərinin siyasi və hərbi-strateji ƏHƏMİYYƏTİ

Bakıda bu evlər ucuzlaşacaq

Bakıda bu evlər ucuzlaşacaq

Bakıda faciəvi şəkildə ölən ər-arvadın - Fotosu

Bakıda faciəvi şəkildə ölən ər-arvadın - Fotosu

End of content

No more pages to load

RADİO