Bakıda Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1996-cı il təvəllüdlü İsmayılzadə Ləman Tahir qızı xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media