OPEC+ iclasında dava düşdü – Azərbaycanın kvotası məsələsi SUAL ALTINDADIR? 

Dünya ölkələrinin, xüsusilə də neft hasil edən ölkələrin gözü bu gün yenidən Vyanaya yönələcək. 

Xatırladaq ki, dünən videkonfrans formatında keçirilən OPEC+ nazirlərinin monitorinq komitəsinin toplantısında neft ixrac edən 23 ölkənin nümayəndə heyəti ilin ikinci yarısında hasilatın neçə barel artırılması barədə razılığa gələ bilməyib və iclas təxirə salınıb.

Rusiya və Səudiyyə Ərəbistanının hasilatın avqustdan dekabr ayına qədər cəmi 2 milyon barel artırılmasını təklifi ilə Birləşmiş Ərəb Əmirlikləri razılaşmayıb. Belə ki, rəsmi Moskva və Riyad hər ay bazara gündə 400.000 barel əlavə neft təklif edərək, OPEC +un dördüncü rüb üçün gündəlik 2,3 milyon barel hesabladığı neft kəsirini ödəməyə ümid edirdilər.

BƏƏ isə hasilatın cəmi 3.2 milyon barel artırılmasını istəyib. Qazaxıstan da, kvotası ilə də razılaşmayan ölkələrin qrupuna qoşulub.
 

MÖVZU İLƏ BAĞLI:

OPEC + danışıqları skandalla bitdi - RAZILAŞMA OLMADI


İstehsalın kəskin şəkildə artırılması isə rədd edilib, BƏƏ-nin heyəti isə buna prinsipial yanaşaraq, israr etməkdə davam edib.

Toplantıda nəticə əldə edilməsə də, bu neft bazarına təsirsiz ötüşməyib. Qiymətlərdə cüzi olsa da geriləmə müşahidə olunub.

Dünən nəticəsiz qalan kvota məsələsində bu gün hansı razılıq əldə ediləcək? Hasilatın artrılması barədə razılaşmanın yenidən əldə edilməməsi mümkündürmü? Belə olarsa, neft bazarlarını təhdid gözləyə bilərmi? Azərbaycana hansı kvotanın ayrılacağı gözlənilir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Bizim.Media-ya açıqlamasında bildirib ki, OPEC+ iclasında təkcə bu il deyil, gələn il üçün də hasilata qoyulan məhdudiyyətlərin gündəmdə qalması təklif olunub: 

“Bu o məqsədlə edilir ki, müəyyən sapmalar olsa, OPEC bazarda tənzimləməni həyata keçirə bilsin. 400 min kvotadan hər bir ölkəyə düşən hissə ilə bağlı razılaşma olmadığına görə iclas təxirə salınıb. Bu gün Bakı vaxtı ilə 18.30-da başlayacaq toplantıda fikir ayrılıqlarının necə aradan qaldırılacağını, hansı qərarın qəbul ediləcəyini zaman göstərəcək”.

İlham Şaban bildirib ki, hazırda neft qiymətləri kifayyət qədər yüksək olduğuna görə, hasilatın artırılması barədə təkliflər gündəmə gəlib: 

“Hasilat artırılır ki, bundan sonra neftin qiymətində artımlar davam etməsin. Çünki bazarda neftə, enerji daşıyıcılarına olan təlabat da artıma doğru irəliləyir”.

Mərkəz rəhbəri bildirib ki, iclasda verilən təkliflər tövsiyyəedici xarakter daşıyır: 

“Ona görə də hələlik ölkələrə qoyulacaq kvotadan danışmaq tezdir. May ayından etibarən hasilat 350 min barel olaraq artırılır. May ayında Azərbaycanın kvotası 603 min barel idi. İyun ayında cəmi 7 min barel artırılaraq 610 min barelə çatdırıldı. Hər ay üçün qoyulan kvota neftə olan təlabata uyğun olaraq dəyişir. Hər bir halda kvotalar dəyişə bilər”.

İlham Şaban deyib ki, OPEC+ ölkələri arasında kvotalara əməl edə bilməyən qeyri-intizamlı ölkələr də var ki, onlardan biri də Qazaxıstandır: 

“2021-ci ildə heç bir halda o kvotalara əməl etməyib. Ona görə də Qazaxıstan ilin digər aylarında həmin göstəricini təmin etməlidir. Amma inanmıram ki, bundan sonra da kvotaya əməl etsin. Daha çox neft hasil edirlər ki, daha çox qazansınlar”.

Ekspert bu günkü toplantıda razılaşmanın əldə ediləcəyini gözləyir:

“Ölüm ya olum – deyə bir məsələ yoxdur ortada. Hər halda razılaşma əldə olunacaq”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Rusiya Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırdır”

Putin: “Rusiya Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırdır”

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Rəsmi Bakı: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - FOTO

Rəsmi Bakı: Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - FOTO

Rusiya Qara dənizdə yük gəmisini VURDU

Rusiya Qara dənizdə yük gəmisini VURDU

İlham Əliyevin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

İlham Əliyevin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Dövlət qurumu oturacaq almağa 60 min manat XƏRCLƏYƏCƏK

Dövlət qurumu oturacaq almağa 60 min manat XƏRCLƏYƏCƏK

Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış oldu - FOTO/VİDEO

Prezident MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış oldu - FOTO/VİDEO

Millinin baş məşqçisindən sabiq klubuna BÖYÜK JEST

Millinin baş məşqçisindən sabiq klubuna BÖYÜK JEST

End of content

No more pages to load

RADİO