Bu maşınlar kəskin bahalaşacaq

Çin bəzi nadir metalların ixracına məhdudiyyət qoyub. Bu metallar avtomobillərin istehsalında vacib rol oynayır. Avropa və Asiya ölkələrinin avtomobil zavodları çətin vəziyyətə düşüb. Bu, maşınların istehsalının dayanmasına və qiymətlərin artmasına səbəb ola bilər.

Bizim.Media “Milli.az”a istinadən xəbər verir ki, alman və yapon maşınları bahalaşa, çin avtomobilləri isə ucuzlaşa bilər. Bəzi modellərin istehsalı isə tamamilə dayandırıla bilər, necə ki, ilk qurban "Suzuki"nin "SWIFT" modeli oldu.

Çin avtomobil, müdafiə və enerji sahələrində istifadə olunan bəzi nadir metalların ixracını məhdudlaşdırıb.

Bu qərar ABŞ-nin Çin mallarına əlavə gömrük rüsumu tətbiq etməsinə cavab olaraq verilib. Nadir metallar elektrikli və adi avtomobillərin vacib hissələrinin istehsalında istifadə olunur. Çin isə bu metalların dünyadakı ən böyük istehsalçısıdır - təxminən 60%-ni təkbaşına təmin edir.
 

Avropanın avtomobil istehsalçıları artıq bəzi zavodları bağlayıb. Zavodların ehtiyat hissələri tükəndikcə daha çox bağlanmalar gözlənilir.


Almaniyanın avtomobil sənayesi bu vəziyyətə görə ciddi narahatlıq keçirir və istehsalın tamamilə dayanma riski olduğunu bildirir. Onların sözlərinə görə, Çin bəzi şirkətlərə ixrac üçün lisenziya versə də, bu kifayət deyil. Üstəlik, lisenziya verilən malların gömrükdən çıxarılması da çox gecikir.

Əgər istehsal dayansa və ya azalsa, maşın sayı bazarda azalacaq. Bu da qiymətlərin qalxmasına səbəb olacaq. Belə bir hal pandemiya dövründə də yaşanmışdı - yeni maşınlar az idi, insanlar ikinci əl maşınlara üz tutmuşdu və qiymətlər kəskin artmışdı.

BMW bildirir ki, onların da bəzi tədarükçüləri bu vəziyyətdən təsirlənib. Mercedes-Benz isə nadir metalların istifadəsini azaltmaq üçün yeni yollar axtarır. Onlar gələcəkdə bu metallardan imtina etmək istədiklərini deyirlər. Volkswagen hələlik ciddi problem yaşamadığını və tədarükün sabit olduğunu açıqlayıb.

Yaponiyanın Nissan şirkəti də bu məsələdən narahatdır və hökumətlə birlikdə alternativ yollar axtarır.

Suzuki şirkəti isə artıq bəzi modellərin - məsələn, Swift avtomobilinin istehsalını müvəqqəti dayandırıb.

Əgər Çin bu məhdudiyyətləri davam etdirsə, dünyada avtomobil istehsalı ciddi şəkildə azalacaq. Bu da qiymətlərin qalxmasına və alıcılar üçün daha çətin vəziyyətin yaranmasına səbəb olacaq. Şirkətlər isə çıxış yolu kimi ya alternativ tədarükçü tapmalı, ya da yeni texnologiyalar hazırlamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycanın Baş konsulluğundan Qars bələdiyyəsinə QARDAŞ KÖMƏYİ – FOTO

Azərbaycanın Baş konsulluğundan Qars bələdiyyəsinə QARDAŞ KÖMƏYİ – FOTO

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

Meteoroloqlar həyəcan təbili çalırlar: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə

Meteoroloqlar həyəcan təbili çalırlar: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə

WUF13 üçün radiospektrin idarə edilməsi portalı istifadəyə verildi

WUF13 üçün radiospektrin idarə edilməsi portalı istifadəyə verildi

Rəsmilər Xocavənddə salınmış bağçılıq təsərrüfatında – FOTO

Rəsmilər Xocavənddə salınmış bağçılıq təsərrüfatında – FOTO

Kiberpolisdən ƏMƏLİYYAT: Onlayn kazino və qumar oyunları ilə bağlı 4 nəfər tutuldu – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT: Onlayn kazino və qumar oyunları ilə bağlı 4 nəfər tutuldu – VİDEO

Bakalavrların DİQQƏTİNƏ – Plan yerləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Bakalavrların DİQQƏTİNƏ – Plan yerləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Binəqədidə keçmiş sevgilisi qadının üzərinə YANDIRICI MADDƏ TÖKDÜ

Binəqədidə keçmiş sevgilisi qadının üzərinə YANDIRICI MADDƏ TÖKDÜ

I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT

I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT

Ağdaş sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Ağdaş sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

İlham Əliyevdən Tokayevə MƏKTUB

İlham Əliyevdən Tokayevə MƏKTUB

Rui Jorje: “Azərbaycan millisi Portuqaliya deyil”

Rui Jorje: “Azərbaycan millisi Portuqaliya deyil”

Paytaxtda dumanlı hava BU VAXTADƏK davam edəcək - VİDEO

Paytaxtda dumanlı hava BU VAXTADƏK davam edəcək - VİDEO

İran XİN: “Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər” – VİDEO

İran XİN: “Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər” – VİDEO

İcbari tibbi sığorta DSMF-nin nəzdinə verilə bilər - İdarəetmə modelində DƏYİŞİKLİK

İcbari tibbi sığorta DSMF-nin nəzdinə verilə bilər - İdarəetmə modelində DƏYİŞİKLİK

Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək

Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək

Əhməd Məmmədliyə HÖKM OXUNDU

Əhməd Məmmədliyə HÖKM OXUNDU

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Bu şəxslər 2 min manatadək cərimə EDİLƏCƏKLƏR

Bu şəxslər 2 min manatadək cərimə EDİLƏCƏKLƏR

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Onlayn dilənçilik - Sosial şəbəkələrdə pul istəyənlər də CƏZALANDIRILACAQ?

Onlayn dilənçilik - Sosial şəbəkələrdə pul istəyənlər də CƏZALANDIRILACAQ?

İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi

İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi

End of content

No more pages to load

RADİO