Çin Azərbaycandan toyuq ayaqlarını niyə alır?

Azərbaycandan Çinə toyuq ayaqları məhsulunun ixracına rəsmi icazə verilib. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İdarə Heyətinin sədri Yusif Abdullayev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Çinə məhsul ixracı üçün müvafiq qurumların təsdiqi və xüsusi prosedurlar tələb olunur. Hazırda icazə verilmiş məhsullar arasında toyuq ayaqları da yer alır.

Bəs Çin kimi istehsal imkanları tanınan ölkə niyə məhz Azərbaycandan toyuq ayaqları alır?

Bizim.Media “Modern.az”a istinadla xəbər verir ki, bu məhsul Çində çox populyar olan qida növlərindən biridir.

Çin mətbəxində toyuq ayaqları uzun illərdir ki, məşhur qəlyanaltı və isti yeməklərin tərkib hissəsidir. Xüsusi souslarla marinad edilərək bişirilən və ya soyudulub təqdim edilən bu məhsul ölkədə “feniks caynaqları” adı ilə tanınır və böyük zövqlə istehlak olunur.

Qərb ölkələrində çox zaman tullantı və ya az dəyərli hissə hesab edilən toyuq ayaqları Çində əksinə, yüksək tələb olunan bir qida məhsuludur. Əhalisinin sayı 1,4 milyardı keçən bu ölkədə qida məhsullarına olan tələbat son dərəcə yüksəkdir. Yerli istehsal bu ehtiyacı tam qarşılamadığı üçün Çin xaricdən idxala üstünlük verir.

Azərbaycandan toyuq ayaqlarının ixracı isə həm iqtisadi, həm də strateji baxımdan önəmli addım sayılır.
 

Belə ki, bu ixrac kanalı yerli quşçuluq sektorunun inkişafına təkan verir, qeyri-neft ixracının həcmini genişləndirir və Azərbaycan məhsullarının beynəlxalq bazarlarda daha çox tanınmasına şərait yaradır.


Mütəxəssislər hesab edirlər ki, bu addım ölkənin ixrac səbətinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və Çin kimi nəhəng bazara çıxış yerli istehsalçılar üçün yeni imkanlar yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın Qərbi Azərbaycanlı pilotu - VİDEO

Ukraynanın Qərbi Azərbaycanlı pilotu - VİDEO

"Green Card" lotereyasının qaliblərinin sayına görə lider ölkələr - SİYAHI

"Green Card" lotereyasının qaliblərinin sayına görə lider ölkələr - SİYAHI

Prezidentin köməkçisi Xalq rəssamını evində ziyarət etdi

Prezidentin köməkçisi Xalq rəssamını evində ziyarət etdi

Rubinyandan ŞOK İTTİHAM - KQB agenti iddiası böyüyür

Rubinyandan ŞOK İTTİHAM - KQB agenti iddiası böyüyür

Amnistiya aktının icrasına başlanılır - ŞAD XƏBƏR

Amnistiya aktının icrasına başlanılır - ŞAD XƏBƏR

Şirəli babanın nəvəsi: "Qardaş-bacıları da 110-120 ildən çox yaşayıblar"

Şirəli babanın nəvəsi: "Qardaş-bacıları da 110-120 ildən çox yaşayıblar"

2026-cı ilin ən şanslı BÜRCÜ – sevgi, pul... Nağıl kimi həyat başlayır

2026-cı ilin ən şanslı BÜRCÜ – sevgi, pul... Nağıl kimi həyat başlayır

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi - RƏSMİ

Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

Regionda dayanmadan qar yağacaq: hava kəskin dəyişir – TARİX

Tovuzda heyvan bazarı nə vaxt açılacaq? — VİDEO

Tovuzda heyvan bazarı nə vaxt açılacaq? — VİDEO

Sankt-Peterburqda bu ölkə liderlərinə mükafat veriləcək

Sankt-Peterburqda bu ölkə liderlərinə mükafat veriləcək

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

Əkin sahələrində rəqəmsal nəzarət - “Made in Azerbaijan” brendi əl-əl axtarılacaq

Əkin sahələrində rəqəmsal nəzarət - “Made in Azerbaijan” brendi əl-əl axtarılacaq

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Peşəkar mühasib olmaq istəyənlər imtahan verir

Peşəkar mühasib olmaq istəyənlər imtahan verir

PSJ-nin qapıçısı klubun tarixinə düşdü

PSJ-nin qapıçısı klubun tarixinə düşdü

Rusiya ordusu Donetsk bölgəsinə zərbələr endirdi - Ölən və yaralılar var

Rusiya ordusu Donetsk bölgəsinə zərbələr endirdi - Ölən və yaralılar var

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Tailand Kamboca ilə atəşkəsin şərtini açıqladı

Coşqun Rəhimova ağır itki!

Coşqun Rəhimova ağır itki!

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

Azərbaycana külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTO/VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

“Ağsaqqal”ın xanımı qızının yeni görüntülərini PAYLAŞDI - VİDEO

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO