“McDonald’s Azərbaycan” Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq - FOTO

2 iyun 2025-ci tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində “McDonald’s Azərbaycan” ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandum “McDonald’s Azərbaycan” şirkətinin Baş Direktoru Oskar Boqopolskiy və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında imzalanıb.

Sənəd Qarabağ Universitetinin tələbələri üçün xüsusi təqaüd proqramının dəstəklənməsini nəzərdə tutur.

2025–2026-cı tədris ili ərzində “McDonald’s Azərbaycan”ın dəstəyi ilə Qarabağ Universitetinin 25 tələbəsinə təqaüd veriləcək. Təqaüdlərin ümumi məbləği bir tədris ili üçün 50 000 manat təşkil edir. Tələbələrin siyahısı universitet tərəfindən tərtib olunaraq Təhsilin İnkişafı Fonduna təqdim ediləcək.
 

İmzalanmış memorandumun əsas bəndlərindən biri “TələbəPlus” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün “McDonald’s” restoranlarında xüsusi endirimin tətbiq edilməsidir.


Bu təşəbbüs “McDonald’s Azərbaycan”ın təhsil sahəsində sosial layihələrin dəstəklənməsinə və gələcək nəsillərin inkişafına göstərdiyi səyi əks etdirir.

Şirkət təhsil və tələbələrin rifahına yatırımları korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir.

Qeyd edək ki, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağın Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, dövlət qurumlarının, özəl sektorun nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycanın Baş konsulluğundan Qars bələdiyyəsinə QARDAŞ KÖMƏYİ – FOTO

Azərbaycanın Baş konsulluğundan Qars bələdiyyəsinə QARDAŞ KÖMƏYİ – FOTO

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların SAYI

Meteoroloqlar həyəcan təbili çalırlar: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə

Meteoroloqlar həyəcan təbili çalırlar: Dünya yeni iqlim təhlükəsi ilə üz-üzə

WUF13 üçün radiospektrin idarə edilməsi portalı istifadəyə verildi

WUF13 üçün radiospektrin idarə edilməsi portalı istifadəyə verildi

Rəsmilər Xocavənddə salınmış bağçılıq təsərrüfatında – FOTO

Rəsmilər Xocavənddə salınmış bağçılıq təsərrüfatında – FOTO

Kiberpolisdən ƏMƏLİYYAT: Onlayn kazino və qumar oyunları ilə bağlı 4 nəfər tutuldu – VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT: Onlayn kazino və qumar oyunları ilə bağlı 4 nəfər tutuldu – VİDEO

Bakalavrların DİQQƏTİNƏ – Plan yerləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Bakalavrların DİQQƏTİNƏ – Plan yerləri ilə bağlı MÜHÜM AÇIQLAMA

Binəqədidə keçmiş sevgilisi qadının üzərinə YANDIRICI MADDƏ TÖKDÜ

Binəqədidə keçmiş sevgilisi qadının üzərinə YANDIRICI MADDƏ TÖKDÜ

I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT

I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT

Ağdaş sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Ağdaş sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 10:00-dan...

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

Nəsimidə yaşayış binasında yanğın – VİDEO

İlham Əliyevdən Tokayevə MƏKTUB

İlham Əliyevdən Tokayevə MƏKTUB

Rui Jorje: “Azərbaycan millisi Portuqaliya deyil”

Rui Jorje: “Azərbaycan millisi Portuqaliya deyil”

Paytaxtda dumanlı hava BU VAXTADƏK davam edəcək - VİDEO

Paytaxtda dumanlı hava BU VAXTADƏK davam edəcək - VİDEO

İran XİN: “Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər” – VİDEO

İran XİN: “Yalnız bu ölkələrin gəmiləri Hörmüzdən keçə bilər” – VİDEO

İcbari tibbi sığorta DSMF-nin nəzdinə verilə bilər - İdarəetmə modelində DƏYİŞİKLİK

İcbari tibbi sığorta DSMF-nin nəzdinə verilə bilər - İdarəetmə modelində DƏYİŞİKLİK

Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək

Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək

Əhməd Məmmədliyə HÖKM OXUNDU

Əhməd Məmmədliyə HÖKM OXUNDU

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Bu şəxslər 2 min manatadək cərimə EDİLƏCƏKLƏR

Bu şəxslər 2 min manatadək cərimə EDİLƏCƏKLƏR

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Bu filmlərə çəkilən xərclərin bir qismi GERİ ÖDƏNİLƏCƏK

Onlayn dilənçilik - Sosial şəbəkələrdə pul istəyənlər də CƏZALANDIRILACAQ?

Onlayn dilənçilik - Sosial şəbəkələrdə pul istəyənlər də CƏZALANDIRILACAQ?

İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi

İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi

End of content

No more pages to load

RADİO