Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər UCUZLAŞDI

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Hesabat dövründə ölkəyə 22 936 ədəd avtomobil idxal olunub.

Bu, 2024-cü ilin ilk üç ayı ilə müqayisədə 3 365 ədəd və ya 17,2% çoxdur. 2024-cü ilin yanvar-mart aylarında isə 19 571 avtomobil gətirilmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Utilizasiya haqqının artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO


Avtomobil idxalının dəyəri də artaraq 400 milyon 252 min dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 361 milyon 23 min dollar idi. Beləliklə, idxal dəyəri üzrə artım 39 milyon 228 min dollar və ya 10,9% olub.

Bununla belə, bir avtomobilin orta idxal dəyəri azalıb. Belə ki, 2024-cü ilin ilk üç ayında bir avtomobilin orta qiyməti 18 447 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 17 451 dollar olub. Bu da illik müqayisədə 996 dollar və ya 5,4% azalma deməkdir.

Avtomobillər ucuzlaşacaq?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyir ki, gətirilən avtomobillərin idxal dəyərinin azalmasının səbəbi rəqabət bolluğudur:

“Bu gün istənilən şəxs Avropadan və Asiyadan arzuladığı avtomobili internet üzərindən sifariş etdirib, gətirdə bilir. Eyni zamanda çox sayda fiziki və hüquqi şəxslər avtomobillərin çatdırılması ilə məşğul olur. Bütün bunlarsa rəqabəti gücləndirir. Güclü rəqabət isə qiymətlərə əsaslı təsir edir.

Əgər 7-8 ay əvvəl Çindən gətirilən yeni avtomobillərin bəzi seriyaları ölkəmizdə 28-30 min manata satılırdısa, bu gün həmin avtomobilləri 25-26 min manata almaq olur. Bu məsələdə elektromobillərə və hibrid avtomobillərə  gömrük rüsumlarında edilən güzəştlər də öz sözünü deyir”.

Müsahibimiz onu da qeyd edib ki, ölkəyə gətirilən avtomobillərin 90 faizi ucuzlaşıb:

“Çünki ənənəvi bazar rentabelliyini itirib. Bu gün elektromobillərlə daha qənaətcil avtomobillər arasında bir yarış gedir. Bu yarışı isə ikinci əl avtomobillər “kənardan izləyir”. Apardığımız müşahidələr göstərir ki, ikinci əl avtomobillərin “bazarı bağlanıb”. Bu avtomobillər artıq rentabelli deyil.

Xaricdən gətirilən və olduqca qənaətcil yeni avtomobillər ikinci əl avtomobilləri bazarda böyük ölçüdə sıxışdırır. Çünki gətirilən yeni avtomobillər həm qənaətcildir, həm də komforta sahibdir. Alıcılar da əsasən bu məsələlərə önəm verirlər. Ona görə də təkcə idxal olunan yox, həm də ölkədə istismarda olan avtomobillərin qiymətində eniş var. Bu da müsbət tendensiyadır. Bu gedişlə yaxın zamanda ölkəmizin avtomobil sənayesi tamamilə yenilənəcək. Bu da həm iqtisadi, həm də ekoloji baxımdan müsbət haldır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

End of content

No more pages to load

RADİO