Manatın ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA

Son dövrlər, xüsusən də Trampın tariflərlə bağlı atdığı addımlar fonunda dolların kursu digər aparıcı valyutalara nisbətdə bir qədər zəifləyib.

Buna baxmayaraq, Tramp idolların kursunu daha da ucuzlaşdırmaqda israrlıdır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, istəsə, Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauell vəzifəsini tərk etmək məcburiyyətində qalacaq.

Tramp onun işin öhdəsindən gələ bilmədiyini düşünür: “O, gecikir, həmişə çox gecikir. O, bir az ləngdir və mən ondan razı deyiləm”.

Ağ Ev rəhbəri həmçinin faiz dərəcəsinin aşağı salınmasını zəruri hesab etdiyini vurğulayıb: "Ola bilsin ki, o (Federal Ehtiyat Sisteminin rəhbəri – red.) uçot dərəcəsini aşağı salsın. Çünki hesab edirəm ki, Avropa bunu edibsə, deməli, bu, bizi onlarla müqayisədə əlverişsiz vəziyyətə salır. Yəni o, onların əlinə oynayır. Ona görə də hesab edirəm ki, o, uçot dərəcəsinin aşağı salınmasına getməlidir. Düşünürəm ki, nə vaxtsa o, bunu edəcək, ona böyük siyasi təzyiqlər olacaq".

Görəsən, dolların ucuzlaşması fonunda manatı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirir ki, dolların zəifləməsi və yaxud möhkəmlənməsinin manata təsiri bloklanıb:

“Manat hələ ki, hökumət tərəfindən tənzimlənir. Belədə ölkə daxilində manatın məzənnəsinin dolların kursuna uyğun olaraq sabit saxlanılmasına çalışırlar. Trampın istəyinə uyğun dolların kursu aşağı salınarsa, Azərbaycan hökuməti bu zaman da prosesi asanlıqla tənzimləyəcək. Yəni dollar ucuzlaşacağı təqdirdə, onunla manat arasında mövcud sabitliyi saxlamaqdan ötrü hökumət hərraca bir qədər az dollar çıxartmaqla həmin fərqi aradan qaldıra bilər.

Bir sözlə, manatla bağlı proses tənzimləndiyindən dolların zəifləməsi və yaxud möhkəmlənməsinin mili valyutanın kursuna hər hansı bir təsiri yoxdur”.

Ekspert qeyd edib ki, hökumət bu siyasəti indi də davam etdirir və bunun üçün imkanları da var:

“Ölkəmizin strateji aktivləri 60 milyard dollara bərabərdir. Mərkəzi Bankın strateji valyuta ehtiyatları isə 11 milyard manatdan çoxdur. Belə bir şəraitdə hökumət hər ay hərraca 600-700 milyon dollar vəsait çıxara bilir. Bu da manatın sabitliyini təmin edir. Dollar digər valyutalara nisbətdə zəiflədiyi təqdirdə isə, hərraca çıxarılan vəsaitin həcmini bir qədər azaltmaqla vəziyyəti tənzimləmək mümkündür. Yəni  dolların zəifləməsi və ya möhkəmlənməsinin manata təsiri yoxdur. Manat dolların mövqeyi və hərəkətindən asılı deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

End of content

No more pages to load

RADİO