Qiymətləri yüksəldir, kartdan istifadəyə marağı azaldır... – Bankların yüksək komissiya faizlərinin FƏSADLARI

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınmaqla yanaşı, nağdsız ödənişlərə də marağın yüksəlməsi də müşahidə olunur. Bu da biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət edir”.

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb:

“Bununla yanaşı, sahibkarlar üçün ciddi məsələlərdən biri də plastik kartlardan istifadə zamanı banklar tərəfindən yüksək komissiya haqlarının müəyyənləşdirilməsidir. POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə də təsir göstərir.

Eyni zamanda, əksər hallarda həmin xəclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Banklarda nağdsız ödəniş məbləğinin 1,4-1,8 % həcmində komissiya haqlarının müəyyənləşdirildiyini nəzərə alsaq, bu zaman bu xərcin nə qədər böyük olmasını təsəvvür etmək çətin olmaz”.

Deputat qeyd edib ki, 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 62.2 milyard manat olub:

“Əvvəlki ilə nisbətən 2024-cü ildə dövriyyə real ifadə 3.9 faiz artıb. İl ərzində nağdsız pərakəndə ticarət döviyyəsi isə 24.5 milyard manata çatıb. Bu o deməkdir ki, komissiya haqlarının orta hesabla 1.5 faiz olduğunu nəzərə alsaq, banklar sadəcə POS-terminallara xidmətə görə il ərzində 368 milyon manat qazanırlar.

Bu böyük məbləğ olmaqla yanaşı, biznesin xərclərini artırır, qiymətlərə təsirsiz ötüşmür, mikro və kiçik sahibkarlara verilən sifarişləri bahalaşdırır. Nəticədə, yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın inkişafı baxımdan da arzuolunan deyil. Eyni zamanda, yüksək xərc bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır.

Bu isə o deməkdir ki, bankların POS-terminallardan istifadə üzrə xərclərin optimallaşdırılmasına ehtiyac var. Avropada İnterçeync çərçivəsində debet kart ödənişlərində maksimum 0.2%, kredit kart ödənişlərində ən çoxu 0.3% tətbiq edilir. ABŞ-da Durbin Qanunu ilə debit kartların interçeync haqları məhdudlaşdırılıb: $0.21 + 0.05%. Bir sıra dövlətlərdə isə ödənişlər üçün aşağı komissiyalar və hətta dövlət subsidiyası da tətbiq edilir”.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda POS-terminallardan istifadə haqları ilə bağlı məhdudiyyətlər olmadığından bu banklar tərəfindən daha yüksək komissiyaların müəyyənləşdirilməsinə səbəb olur:

“Bu baxımdan, ölkəmizdə də banklar tərəfindən POS-terminal xidməti üzrə maksimum komissiya faizinin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Digər tərəfdən, Mərkəzi Bankın stimullaşdırıcı alətlərdən istifadə etməklə plastik kartlardan istifadə ilə bağlı komissiya haqlarının azaldılmasına nail olması arzuolunandır. Bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi daxili “İnterçeync” sisteminin formalaşdırılması da bankların bu yüksək komissiya haqlarını azaldar. Bu isə nağdsız hesablaşmaları təşviq etməklə yanaşı, qiymətlərin də azalmasına səbəb ola bilər”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

End of content

No more pages to load

RADİO