Yumurta kəskin BAHALAŞDI – QİYMƏTLƏR

Dünya yumurta qıtlığını yaşayır. Təsadüfi deyil ki, ABŞ-da quş qripi səbəbindən nəzərəçarpacaq dərəcədə toyuq yumurtası çatışmazlığı yaranıbH5N1 quş qripi virusunun yayılması həm qlobal, həm də Amerika bazarlarında qeyri-sabitliyə səbəb olub. ABŞ-da 12 ədəd qutunun pərakəndə satış qiyməti 25 faiz artaraq 4,33 dollar olub. Amerika rəsmiləri qeyd ediblər ki, mağazaların lazımi miqdarda toyuq yumurtası ilə təmin edilməsi prosesi 6-9 ay çəkə bilər.

Türkiyədən ABŞ-a və bir sıra digər ölkələrə təsirli həcmdə toyuq yumurtasının ixracı respublikanın özündə də bu məhsulun qiymətinin kəskin artmasına səbəb olub. 2024-cü ilin dekabr ayından daxili bazarda 30 ədəd yumurta bağlaması iki dəfə bahalaşaraq orta hesabla 120 lirədən 250 lirəyə (3,3 dollardan 6,6 dollara) qalxıb.

Bəzi pərakəndə satış məntəqələrində 30 yumurtanın qiyməti 8 dollara çatır.

Yumurta qıtlığından bəzi ölkələr yerli istehsalı stimullaşdırmaq üçün istifadə etməyə çalışır. Məsələn, Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyi toyuq yumurtasının idxalına müvəqqəti qadağa qoyub. Nazirlik hesab edir ki, bu, ölkə daxilində yumurta istehsalının artırılmasına, Qırğızıstan fabriklərinin məhsullarının daha rəqabətqabiliyyətli olmasına və idxaldan asılılığın azalmasına kömək edəcək.

Bildirilib ki, həyata keçirilən tədbirlər sayəsində yerli quşçuluq təsərrüfatlarının istehsal gücü artıb. Nəticədə, son üç ayda idxalın həcmi 1,8 milyon ədədə enib, ixrac isə 8,8 milyon ədədə çatıb.

Bəs, mövcud reallıqda ölkəmizdə istehsalçılar və dövlət qurumları necə hərəkət etməlidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli xatırladıb ki, ötən il Rusiyada yumurta kəskin bahalaşdı:

“Bunu da yerli şirkətlərimiz yaxşı fürsətə çevirdi və Rusiyaya böyük miqdarda yumurta ixrac edildi. İxracat bu il də davam edir. Azərbaycan bu yaxınlarda ABŞ-a da yumurta ixrac edib. Yəni ölkəmizin bu istiqamətdə potensialı böyükdür. Ötən il işğaldan azad olunmuş ərazilərdə böyük quşçuluq kompleksləri yaradılıb.

Yeni ixrac imkanlarının yaranması quşçuluqla məşğul olan iş adamlarına bir siqnaldır. Ölkəmizdəki imkanları reallığa çevirib yumurta ixracıyla küllü miqdarda dividend qazanmaq olar. Təbii ki, yerli istehsalı stimullaşdırmaqla yanaşı, beynəlxalq bazarın xarakterini də öyrənməliyik. Yaxın gələcəkdə quşçularımız üçün şimal dövlətləri ən yaxşı bazar ola bilər. Çünki soyuq ölkələrdə quşçuluq aşağı səviyyədə inkişaf edir”.

“Yumurtaya olan tələbatı yerli istehsal hesabına tam ödənilir”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli isə bildirib ki, daxili bazarın qorunması üçün müvafiq tədbirlər görülür:

“İdxal edilən yumurtalara müvafiq qaydada gömrük rüsumları tətbiq olunur. Bu rüsumlar həm süfrə, həm də damazlıq yumurtaların idxalına tətbiq edilir. Elə bu səbəbdən də yumurta idxalı minimum səviyyədədir. Hesab edirəm ki, yumurta idxalını dayandırmaq da olar. Çünki ölkənin yumurtaya olan tələbatı yerli istehsal hesabına tam ödənilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

Rəsmi Ankara İsrailin Livana hücumlarını PİSLƏDİ - FOTO

End of content

No more pages to load

RADİO