Həmin qəzada zərər görən avtomobillərə görə ziyanı KİM ÖDƏYƏCƏK?

Dünən Bakıda baş verən avtomobil qəzası böyük rezonans doğurdu. Yüksək sürətlə hərəkət edən BYD markalı taksi xidməti göstərən avtomobil idarəetməni itirərək, yolun səki hissəsinə çırpılaraq, maneəni dağıdıb, tuneldə hərəkət edən avtomobillərin üzərinə düşüb və qarşı divara çırpıldı. Tam film kimi bir hadisə idi…Xoşbəxt təsadüf nəticəsində ölüm halı olmadı. Əgər tuneldə tıxac yaxud sıxlıq olsaydı, dəhşətli faciə qaçılmaz olacaqdı.

Bu kimi qəza hadisələrində ortaya çıxan suallardan biri də sığorta şirkətlərinin hadisəyə münasibətidir.
 

MÖVZU İLƏ BAĞLI:

Taksi sürücüsünün gəlini qəzanın əsl səbəbini AÇIQLADI - VİDEO


Sözügedən hadisədə qəzanı törədən sürücünün avtomobili ilə yanaşı, digər bir neçə avtomobilə də ciddi ziyan edib.

Bəs, sözügedən hadisədə hansı avtomobilin sığorta haqqı sığorta şirkətinin hesabına ödəniləcək?

Sığorta eksperti Şahin İsmayılov Bizim.Media-ya bildirib ki, sürücünün mülki məsuliyyətinin icbari sığortası, yəni qısa desək, avtomobilin icbari sığortası qarşı tərəfin əmlakına dəymiş zərərə görə 5000 AZN, sağlamlığa dəymiş zərərə görə, ölüm halında bir şəxsə 5000 AZN, ümumilikdə 50000 AZN məsuliyyət həddi təyin edir:

“Hadisə nəticəsində yol təsərrüfatına və daha 3, 4 avtomobilə böyük ziyan dəyib. İcbari sığorta üzrə ayrılacaq 5000 AZN həm yol təsərrüfatına dəymiş ziyan üçün, həm də avtomobillərə dəymiş ziyan üçün kifayət etməyəcək. Əmlaka dəyən ümumi zərər təxminən 25000 - 35000 arası və daha çox ola bilər. Zərərin tam məbləği sığorta şirkətləri və müvafiq qurumlar tərəfindən hesablanacaq.

Sığorta şirkətinin ödəyəcəyi 5000 AZN zərərçəkənlər arasında zərərin məbləğinə əsasən bölünəcək. Burda sığorta şirkətinin işi bitdi. Çatmayan məbləğ artıq hadisə günahkarı sürücüdən tələb olunacaq. Yəqin ki, məhkəmə yolu ilə… Aydındır ki, sürücünün bu qədər məbləği könüllü şəkildə ödəyəcəyi inandırıcı deyil” - deyə ekspert vurğulayıb.

O, eyni zamanda qeyd edib ki,  BYD markalı taksi avtomobili də ziyan görüb, əgər avtomobilin Kasko sığortası varsa, bu halda avtomobil sığorta şirkəti tərəfindən təmir olunacaq:
 

“Burda da bir məsələ önə çıxır. Əgər sürücü avtomobili sərxoş vəziyyətdə, narkotik təsir altında, yaxud müvafiq sənədləri olmadan idarə edibsə, bu halda sığorta şirkəti ödənişdən imtina edə bilər”, - deyə Şahin İsmayılov əlavə edib.


Ekspert sürücülərimizə yollarda ehtiyatlı olmağı, bu kimi hallarla rastlaşmamaq üçün qaydalara əməl etməyi tövsiyə edib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

End of content

No more pages to load

RADİO