İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı genişləndirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi barədə fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri və elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri siyahıya əlavə olunub.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək həvalə olunub.
Bizim.Media