Trampın dünyanı təşvivə salan QƏRARI – Çinin yoxsa Avropanın iqtisadiyyatı ÇÖKƏCƏK?

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp dünən ölkəyə xaricdən idxal edilən mallara qarşı "qarşılıqlı tariflər" tətbiq etdiyini elan edib. Bu siyahıya çoxsaylı ölkələrin adları salınıb. Yalnız Rusiyanın adı siyahıda yoxdur, Kanada və Meksika isə qarşılıqlı rüsumlardan azad edilib.

Tramp administrasiyasının məlumatına əsasən, qarşılıqlı tariflər 9 apreldə qüvvəyə minəcək, minimal əsas tarif isə bütün ölkələr üçün 5 apreldən tətbiq olunacaq. 

Rüsum tətbiq edilən ölkələrə gəldikdə, Tramp ən çox gömrük rüsumunu Çin və Avropa İttifaqına tətbiq edib. Çin mallarına 34, Aİ ölkələrindən gələn mallara isə 20 faizlik rüsum müəyyən edilib.
 

Çinə mövcud 20%-lik tariflərdən əlavə 34% də rüsum tətbiq ediləcək ki, nəticədə ümumi tarif 54%-ə çatdırılacaq. Yeni tariflər ABŞ-a ixrac edilən demək olar ki, bütün Çin mallarını əhatə edəcək.


Avropadan və Çindən cavab reaksiyası

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı lazım gələrsə, ABŞ-ın ticarət tariflərinə qarşı sərt cavab tədbirləri görəcək:

“ABŞ tarifləri milyonlarla insana təsir edəcək qlobal iqtisadiyyata zərbədir. Avropa İttifaqının ABŞ-ın Aİ-yə qarşı ticarət tariflərinə cavab vermək üçün "güclü planı" var. Mütləq qisas almaq istəmirik. Amma lazım gələrsə, güclü cavab planımız var və ondan istifadə edəcəyik".

Çin isə Trampın bu addımına cavab olaraq, ABŞ-dan idxal edilən bütün mallara 34% rüsum tətbiq edib.

Trampın tarifləri daha çox hansı ölkəyə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ReAL sədri Natiq Cəfərlinin fikrincə, tariflərdən daha çox ziyan çəkən Çin olacaq:

“Trampın rüsum müharibələrinin bir sıra məqsədləri var. Məqsədlərdən biri Amerikanın borcunun azaldılması, yerli istehsalın geri qaytarılması, ölkəyə daha çox vəsaitin daxil olmasına şəraitin yaradılmasıdır. İkincisi isə, danışıqlar üçün təməlin yaradılmasıdır. Yəni Tramp təməl yaradır ki, həm Avropa, həm də Çinlə danışıqlarda müəyyən üstünlüklər qazansın.
 

ABŞ-ın bu addımının daha çox hansı ölkəyə təsir edəcəyinə gəldikdə, təbii ki, bundan daha çox ziyan çəkən ölkə Çin olacaq. Çin iqtisadiyyatında son iki ildir vəziyyət o qədər də yaxşı deyil. Müxtəlif sahələrdə müəyyən resesiya elementləri var. Ümumi iqtisadi artım 4 faiz civarında olsa da, müxtəlif sahələrdə resesiya təhlükəsi mövcuddur. Bunun nəticəsidir ki, Trampın rüsum tarifindən ən çox əziyyət çəkən Çin şirkətləri olacaq”.


Ekspertə görə, prosesdən daha çox Pekinin ziyan çəkməsində Çin iqtisadiyyatının Amerika iqtisadiyyatına inteqrasiya olunmuş halda olması da öz təsirini göstərəcək:

“Çin iqtisadiyyatı 30 ildir ki, Amerika iqtisadiyyatına inteqrasiya olunub. Digər tərəfdən, ən yüksək rüsumlar Çinə qarşı tətbiq olunur, 34 faiz civarında. Bu ayın sonu, yaxud mayın əvvəlində Trampın Çin liderilə görüşü planlaşdırılır. Həmin danışıqlarda da masada güman ki, müəyyən güzəştlər müqabilində tariflərin yumşaldılması məsələsinə baxacaqlar”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

End of content

No more pages to load

RADİO