“Apple” şirkətinə məxsus məhsullar ABŞ Prezidenti Donald Trampın yeni tariflərinə görə bahalaşa bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “New York Times” yazıb.
Nəşr qeyd edib ki, ən yüksək tariflərdən bəziləri Hindistan, Vyetnam və Taylanda aiddir ki, bu da şirkətin cihaz istehsalının təxminən 90%-ni təşkil edir. Bu o deməkdir ki, hər bir məhsulun maya dəyəri onlarla dollar arta bilər.
İndi “Apple” ya tarifləri ödəyib qazancını itirməli, ya da xərcləri müştərilərə ötürməli olacaq.
Qeyd olunur ki, şirkətin səhmləri artıq təkrar ticarətdə 5,7% ucuzlaşıb.
Bizim.Media