Deputat kartofun kiloqramının 7 manata olmasından DANIŞDI

"Hər il bu vaxt yerli kartof satışa çıxır və baha olur. Düzdür, yerli kartof idxal olunandan nisbətən bahadır. Çünki kartofun qiyməti hardan gətirilməsinə görə dəyişir. Hazırda ölkəmizdə hava şəraitindən asılı olaraq məhsul çox və ya az yetişir. Yazda Rusiya və digər ölkələrə kartof ixrac edirik. Payız fəslində isə bir hissəsini Rusiyadan, İrandan və Belarusdan idxal edirik. Ümumilikdə Azərbaycanın kartof təminatı yaxşıdır".

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, son illər mütəmadi olaraq əkin sahələrinin, həm də istehsalın aşağı düşməsi idxalı artırır:
 

"Bu il bölgələrdə yaz vaxtı yağış və dolu yağmasını müşahidə etdik. Bu da yerli kartofun azalmasına səbəb olmaqla yanaşı, qiymətinin də bahalaşmasın şərait yaradır. Əhali daha çox yerli kartof istehlak etdiyindən tələb yüksək olur. Həm də yerli məhsullar daha keyfiyyətlidir.


Buna görə də yerli məhsul idxaldan baha olur. Hazırda bazarlarda satılan kartof həm yeni, həm də keyfiyyətlidir. Buna görə də yerli bazarlarda baha təklif olunur. İxrac olunan məhsul həm xarici bazarlarda, həm də yerli bazarlarda baha satılır, lakin 1 müddət sonra yerli bazarda, həm də xarici bazarda yeni kartof ucuzlaşacaq. Mən buna süni qiymət artımı deməzdim.

Əgər məhsul kəndlidən alınıb, şəhərə bazarlara və ya marketlərə gətirilirsə, təbii ki, alış qiyməti satış qiymətindən fərqlənəcək. Həmçinin də xüsusilə xarici bazarlarda tələbatı yüksək olan məhsullar daxili bazara həm baha, həm də az miqdarda çıxarılır. Artıq qiymət artımı bütün sahələrdə müşahidə olunur.

Bu da kartofun qiymətinə təsirsiz ötüşməyəcəkdi. Süni qiymət artımı o halda deyilər ki, kəndlidən alınan məshul bazarlarda mayasından 2 qat baha satılsın.
 

Bu gün kartof yetişdirilməsinə çəkilən xərc əvvəlki illərlə müqayisədə artıb, istər yanacağa, istər məhsulun daşınmasına, istərsə də onun saxlanmasına yönəldilən xərclər müəyyən qaydada artıb. Əslində həm gəlir gətirməyə görə, həm də daimi istifadəyə görə kartof istehsalının ildən-ilə artırılması çox vacibdir".


Qeyd: Bakıda bazarlarda yeni xırda kartofun kiloqramı 6-7 manata təklif edilir.  (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək

"Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Tramp: “Bəzi ölkələr Hörmüz boğazının açılmasında kifayət qədər həvəs göstərmirlər”

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 27-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

Üç uşaqlı ailələrə bayram öncəsi ŞAD XƏBƏR

End of content

No more pages to load

RADİO