Azərbaycan yumurtası üstündə dünyada davadır

Azərbaycanın kənd təsərrüfatı sektoru yeni bir uğura imza atıb. Artıq ölkəmiz Amerika Birləşmiş Ştatlarına müntəzəm süfrə yumurtası ixracına başlayır. ABŞ-da quş qripi səbəbindən yaranan yumurta qıtlığı və qiymət artımı fonunda Azərbaycanın aparıcı quşçuluq təsərrüfatlarından biri beynəlxalq standartlara uyğun sertifikatlaşmadan keçərək bu böyük bazara daxil olmağa hazırdır.

Bu addım həm yerli istehsalçılar üçün yeni imkanlar açır, həm də Azərbaycan məhsullarının keyfiyyətini dünyaya nümayiş etdirir. Bəs ixrac perspektivlərimizin artırılması daxili bazara hər hansı mənfi təsir göstərə bilərmi? Bu sahədə gələcək imkanlarımız necə görünür?

Bizim.Media  "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Artıq ixrac reallaşıb"

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənlinin sözlərinə görə, bu sahədə istehsalımız tələbatımızı ödəməyə imkan verir.

Məhz bunun sayəsində ixrac potensialımızı da genişləndirə bilirik:

"Bu gün ölkədə 5,5-6 milyon ədəd arasında süfrə yumurtası istehsal olunur. Gündəlik yumurtaya olan tələbatımız isə dörd milyona yaxındır. İstehsal olunan yumurtanın 1,5 milyonu ixrac edilir. Hazırda yumurta ixrac etdiyimiz ölkələr əsasən Yaxın Şərq ölkələridir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt bu siyahıya daxildir. Bir müddət Rusiyaya da yumurta ixracımız olmuşdu. Lakin hazırda dayandırılıb".

Sədr qeyd etdi ki, hazırda ABŞ-də toyuqlarda virus yayılıb. Bu səbəbdən ölkədə yumurta ilə bağlı qıtlıq müşahidə olunur:

"Bu yaxınlarda ABŞ iş adamları bizə müraciət etdilər. Yumurtaların keyfiyyəti, toyuqların bəslənməsi və sair ilə maraqlandılar. Quşçuluq şirkətimiz yoxlamalardan sonra ABŞ-nin federal sertifikatına layiq görüldü. Məndə olan məlumata görə, 11 mart tarixində ABŞ-yə ilk yumurta ixracımız artıq reallaşıb. Bizdən 70-80 konteyner yumurta aldılar. Təxmini bir ay üçün 21 milyon yumurta ixrac olunacaq. Bu proses minimum 6-7 aydan bir ilə qədər davam edəcək. Amma fikrimcə, bu bazar Yaxın Şərq ölkələri kimi daimi olmayacaq".

"Anbarlarda yumurta ehtiyatımız kifayət qədərdir"

M.Həsənli bildirdi ki, birlik olaraq bu yeniliyin daxili bazara hər hansı təsir etməməsi üçün maksimum şəkildə çalışırlar:

"İxracın daxili yumurta bazarımıza heç bir əks təsiri yoxdur. Çünki anbarlarda yumurta ehtiyatımız kifayət qədərdir. İstehsalın da yüksək olduğunu nəzərə alsaq, heç bir narahatlığın olmayacağını demək mümkündür. İxrac etdiyimiz ölkələrə də kifayət qədər yumurta göndərə bilirik.
 

Qiymət artımı olsaydı, Novruz bayramının təsiri ilə olardı. Amma çalışdıq ki, buna da şərait yaratmayaq. Yumurtaların fabrikdən çıxış qiymətləri 11-12 qəpik təşkil edir. Marketlərə də həmin qiymətə satılır. Lakin ondan sonrakı qiymət prosesi artıq marketlər tərəfindən tənzimlənir".


"Tezliklə yeniliklərin şahidi olacağıq"

Sədrin sözlərinə görə, tezliklə həm ixrac, həm istehsal sahəsində yeniliklərin şahidi olacağıq:

"Yaxın gələcəkdə digər ölkələrə də ixrac düşünürük. Məsələn, Belçika və İsrailə. Hazırda bu sahədə sertifikatlaşma mərhələsindəyik. Həmçinin Cənubi Afrika, Somalidən də süfrə yumurtamızla maraqlanırlar. Yəqin ki, qısa zamanda bu ölkələrə də məhsullarımızı ixrac edəcəyik. Gələcəkdə istehsal gücümüz də artacaq. Belə ki, hazırda bu rəqəm 5-6 milyondursa, onu 8-10 milyon etməyə çalışacağıq. Çünki bu sahəyə xeyli dəstək göstərilir".

"Tələbat yerli istehsal hesabına ödənilir" 

İqtisadçı Rauf Qarayev də düşünür ki, istehsalımız və tələbatımız bir-birinə tam uyğun gəlir:

"2023-cü ildə Azərbaycanda ümumilikdə 2,2 milyard yumurta istehsal edilib. Ən çox yumurta istehsalı Hacıqabul rayonunun payına düşüb (414,4 milyon ədəd). Xızı rayonu 407,8 milyon ədəd göstərici ilə ikinci olub. Sabirabad rayonunda isə 215,8 milyon yumurta istehsal edilib. İşğaldan azad edilmiş Xocalı rayonu sonuncu pillədə olsa da, bu rayon üzrə göstərici 50 min ədəd təşkil edib.
 

Yumurtlayan toyuqların orta illik yumurta verimi 2022-ci ildə 235 ədəd, 2023-cü ildə 242 ədəd olub. Adambaşına 2023-cü ildə 215 yumurta düşüb, 2022-ci ildə bu göstərici 200 ədəd olub. İstehlakda adambaşına düşən yumurta isə 2022-ci ildə 179, 2023-cü ildə 189 ədəd olub".


İqtisadçı bildirdi ki, quş yemi artıq neçə ildir ki, ƏDV-dən azaddır. Bundan əlavə, quşçuluq sənayesində istifadə olunan bir sıra mal və materiallara da dövlət güzəşt tətbiq edir:

"Məhz bunun nəticəsidir ki, ölkəmizin yumurtaya olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir".

"Gərək tələb təklifi üstələsin"

R.Qarayevin sözlərinə görə, istehsalımız tələbatımızı kifayət qədər qarşılaya bildiyi üçün indiki dövrdə qıtlıqdan söhbət gedə bilməz:

"Hazırda yumurta istehsalı daxili bazarın tələbini ödəyir. Qıtlığın olması üçün gərək tələb təklifi üstələsin. Bu o vaxt baş verər ki, sahibkara yumurta istehsalı baha başa gələr. Sahibkar bu halda qiyməti artırmalıdır və ya məhsulu üçün yeni bazar axtarmalıdır. Hazırda belə bir vəziyyət mövcud deyil".

Ekspert bu sahədəki çatışmazlıqlardan da bəhs etdi:

"Yumurta və quş əti istehsalı əsasən müəssisələrin deyil, fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatçılarının üzərinə düşür. Çətin məsələ müəssisələrin rentabelliyi ilə bağlıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlu Amerikada təhsil alacaq

Oğlu Amerikada təhsil alacaq

Livanda "Hizbullah"ın iki döyüşçüsü MƏHV EDİLDİ

Livanda "Hizbullah"ın iki döyüşçüsü MƏHV EDİLDİ

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Nokauta düşən bloqer Ceyk Pol əməliyyat olundu - FOTO

Nokauta düşən bloqer Ceyk Pol əməliyyat olundu - FOTO

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

"Məlhəm Hospital"da YANĞIN OLDU

"Məlhəm Hospital"da YANĞIN OLDU

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Bütün zamanların ən yaxşı 20 filmi

Bütün zamanların ən yaxşı 20 filmi

Sabah Xətaidə QAZ OLMAYACAQ

Sabah Xətaidə QAZ OLMAYACAQ

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Trampın qalmaqallı fotosu silindi

Trampın qalmaqallı fotosu silindi

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

End of content

No more pages to load

RADİO