Dünyanın 200-dən çox məşhur insanı G7-yə səsləndi: “Kasıb ölkələrə kömək edin”

Dünyanın 200-dən çox məşhur insanı, o cümlədən 100-ə yaxın sabiq siyasi lider G7 ölkələrinin rəhbərlərini kasıb ölkələrdə koronavirusa qarşı vaksinasiyanı təmin etmək üçün vəsait ayırmağa çağırıb.

Bizim.Media “Guardian” qəzetinə istinadla xəbər verir ki, məktubda G7 liderlərinə az gəlirli ölkələrdə vaksinasiyaya lazım olan 66 milyard dolların üçdə ikisini ödəmək və 2021-ci ili “əməkdaşlıqda dönüş nöqtəsinə” çevirmək üçün çağırış yer alır.

Qeyd edilir ki, bu cür investisiyalar mövcud peyvəndlərə mənfi təsir göstərə biləcək yeni koronavirus variantlarının yayılmasının dayandırılması üçün vacibdir.

Məktub Böyük Britaniyanın sabiq baş nazirləri Qordon Braun və Toni Bleyer, BMT-nin sabiq baş katibi Pan Gi Mun, Afrika ölkələrinin 15 sabiq lideri, britaniyalı biznesmen, “Virgin Group” kompaniyasının banisi Riçard Brenson, iqtisadiyyat üzrə “Nobel” mükafatı laureatı Benqt Holmström da daxil olmaqla, ümumilikdə 230 görkəmli xadim və siyasətçi tərəfindən imzalanıb.

“G7 və G20 ölkələrinin aşağı və orta gəlirli dövlətlər üçün vaksini əlçatan edən dəstəyi xeyriyyəçilik aktı deyil, bu addım hər bir ölkənin strateji maraqlarına cavab verir və Beynəlxalq Valyuta Fondunun təsvir etdiyi kimi, tarixin ən yaxşı dövlət investisiyasıdır”, - deyə məktubda vurğulanır.

Məşhurlar çağırışlarının geniş ictimai dəstək qazandığını da bildirilər. “Save the Children” beynəlxalq xeyriyyə təşkilatı tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, ABŞ, Fransa, Almaniya, Kanada və Böyük Britaniya əhalisinin əksəriyyəti hesab edir ki, onların ölkələri öz payını ödəməlidir.

Qeyd edək ki, bir qədər əvvəl Britaniyanın Baş naziri Boris Consonun sammitdə G7 liderlərini 2022-ci ilin sonunadək dünya miqyasında koronavirus peyvəndini tamamlamağa çağıracağı barədə məlumatlar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

End of content

No more pages to load

RADİO