Türkiyədən Naxçıvana daha bir qapı açıldı

Bu gün tarixi bir gün idi: Dünyanın çalxalandığı, anbaan dəyişdiyi bir dönəmdə Azərbaycan-Türkiyə birliyi daha bir mühüm layihə ilə möhkəmləndi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən İğdır-Naxçıvan qaz boru xətti regional birlik və gələcək inkişaf baxımından müstəsna əhəmiyyət kəsb edir.

Xatırlayırıq ki...

35 il əvvəl Naxçıvan blokadaya düşəndə və Türkiyə ilə sərhəddəki “Ümid” körpüsü istifadəyə verilən ərəfədə qardaş ölkənin İğdır, Ağrı, Aralıq kimi bölgələri ölkənin ümumi inkişafından kifayət qədər geri qalırdı. Asfalt yollar, təbii qaz, dayanıqlı enerji, dəmir yolları yox dərəcəsində idi. Əhali çiy kərpicdən tikilən şəraitsiz evlərdə yaşayırdı, sənaye inkişaf etməmişdi, yalnız kənd təsərrüfatı əsas gəlir mənbəyi kimi ön sırada dayanırdı.
 

Lakin “Sədərək-Dilucu” körpüsünün açılışından sonra ticarət və tranzit imkanları xeyli genişlənən bu bölgələr Naxçıvanla, Azərbaycanla iqtisadi-ticarət əlaqələrinə görə sürətlə inkişaf edərək müasir mərhələyə gəlib çatdılar.


Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu əlaqələr öz növbəsində Naxçıvanın da blokadasının yarılmasına, tranzit imkanlarının genişlənməsinə, diyarın quruculuq, inkişaf xəritəsinin zənginləşməsinə rəvac verdi.

Qısası, tarix və zaman təsdiq etdi  ki, regionda həyata keçirilən bütün böyük layihələrdən hər iki qardaş ölkə böyük fayda görür. Bu gün "Bakı-Tbilisi-Ceyhan” neft, "Bakı-Tbilisi-Ərzurum” qaz, “Bakı-Tbilisi-Qars” dəmir yolu, TANAP, TAP kimi dünya miqyaslı faydalı layihələrə “İğdır-Naxçıvan” qaz kəməri, eləcə də artıq tikinti mərhələsində olan “Qars-İğdır-Naxçıvan” dəmir yolu xətti də qoşulur...

Əsas məsələ: Bir mənbədən asılılıq aradan qalxır

2023-cü il sentyabrında əsası qoyulan İğdır-Naxçıvan Qaz Boru Xəttinin Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırır.

Layihənin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritetləri sırasında yer alması bir daha təsdiq edir ki, dövlətimizin başçısı Naxçıvanın hərtərəfli inkişafı və enerji təhlükəsizliyini özünün siyasi və dövlətçilik fəaliyyətində əsas istiqamət kimi götürüb.
 

İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edən kəmərin gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malik olması kifayət qədər yaxşı göstəricidir.


Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür ki, bu da Naxçıvanın qaza tələbatınının dayanıqlığını şərtləndirir, artan əhali və sənaye sahələrinin də tələbatını ödəyir. 

Mübadilə daim riskli idi

Bəllidir ki, hazırda Naxçıvana qaz nəqli İran vasitəsilə, ölkələrimiz arasında bağlanan svop müqaviləsi əsasında həyata keçirilir. Azərbaycan və Türkiyə mediasına açıqlamalar verən ekspertlər bildirir ki, Naxçıvana İran üzərindən qazın nəqli digər ölkələr arasındakı "mavi yanacaq" mübadilələri ilə müqayisədə bir neçə dəfə bahadır.

İran xidmət haqqını dünyada qəbul edilmiş qiymətlərdən daha yüksək səviyyədə tuturdu,  Azərbaycandan 15 faiz həcmində natural qaydada qaz alırdı.
 

Bu, Azərbaycan üçün əlavə sərfiyyat idi.  Halbuki bu tip dəyişmələrdə dünyanın əksər ölkələrdən ən çox  5 və 7 faiz haqq nəzərdə tutulur. Bəzən isə qonşu ölkə bu mübadilədən siyasi təsir vasitəsi kimi də istifadə etməyə çalışırdı.  


Bu baxımdan deyə bilərik ki, mübadilə daim riskli idi və 2021-ci ildə bir neçə günlük olsa da Naxçıvana qaz verilişinin dayandırıldığının şahidi olmuşduq. Xatırladaq ki, Azərbaycanla İran arasındakı sözügedən proseslə bağlı müqavilənin müddəti 2025-ci ildə bitir.

“Əsas cəhət həm də ondan ibarətdir ki, hazırda gündəmdə Zəngəzur dəhlizinin açılması var və artıq Azərbaycan öz ixrac potensialının şaxələnməsini, buraxlış, nəql, ixrac imkanlarını genişləndirmək istiqamətində bu dəhliz üzərindən də prosesləri həyata keçirməyi mümkün hesab edir.

Belə olduğu halda, İgdır-Naxçıvan xətti ikinci dəfə "Revers" statusuna malik olacaq, geri işləmə imkanlarını əldə edə biləcək. Artıq Azərbaycan qazının məhz Naxçıvan-İgdır istiqamətində də şaxələnəmiş ixracını təmin etmək olacaq”-deyə mütəxəssislər vurğulayır.

Qısası, bu kəmərin ən vacib əhəmiyyəti həm də ondan ibarətdir ki, hər iki istiqamətdə hərəkət edə biləcək. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan tranzit bir məkan kimi iqtisadi müstəviyə daxil olacaq. Bu, iqtisadiyyatın şaxələnməsinə, minlərlə iş yerinin, sənaye parklarının açılmasına şərait yaradacaq.

Avrasiyanın enerji xəritəsi dəyişildi

Bu gün Azərbaycan regionun əsas enerji qovşağıdır və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayaraq Avrasiyanın enerji xəritəsini dəyişdi.
 

Prezident İlham Əliyev tərəfindən “Yaşıl enerji zonası” elan edilən Naxçıvanla bağlı həyata keçirilən bu layihə Naxçıvanın, eləcə də Azərbaycanın enerji müstəqiliyini gücləndirir, Türkiyə ilə iqtisadi-tranzit bağları daha da möhkəmləndirir.


Az əvvəl başa çatan təntənəli açılış mərasimində Prezident İlham Əliyev bildirdi ki, İğdır-Naxçıvan qaz xətti layihəsi Türkiyə Azərbaycan qardaşlığında tarixi önəmə sahibdir.  

Dövlət başçısı qədim Azərbaycan torpağı olan Naxçıvanın bir əsrdir ki, Azərbaycanın əsas hissəsindən ayrı düşdüyünü, tarixi ədalətsizliklə üzləşdiyini, Naxçıvanda yaşayan əhalinin illərlə dərin məhrumiyyət və böhran şəraitində yaşadığını önə çəkdi, 90-cı illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvanı işğaldan qoruduğunu, “Ümid” körpüsünün Naxçıvanın qorunması və inkişafına böyük töhfə verdiyini diqqətə çatdırdı:

“Həyata keçirilən bu böyük layihələr Türk dünyasının birliyinə mühüm töhfədir”.
 

Qardaş ölkə Prezidenti R.T. Ərdoğanın da fikirləri diqqəti cəlb etdi: “İndi həyata keçirdiyimiz layihə Azərbaycanla tale birliyinin növbəti nümunəsi olacaq”. 


Qapılar açılır

Bu gün həm də yaxın illərdə gerçəkləşdiriləcək Türkiyə-Naxçıvan elektrik xətti layihəsinin də siqnalı verildi.  Deməli, tarixi önəm kəsb edən uğurlu layihələr hələ bitməyib. Böyük strateji önəmə və əlverişli coğrafi mövqeyə sahib olan Naxçıvanın qapıları bütün dünyaya açılmaqdadır…

Sahil Tahirli, “Naxçıvan MR Televizya və Radio Verilişləri” QSC-nin sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini İSTƏDİ - FOTO

Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini İSTƏDİ - FOTO

End of content

No more pages to load

RADİO