Bu şəxslərə birdəfəlik 1200 manat, aylıq isə 250 manat ÖDƏNİLƏCƏK

“Nazirlər Kabineti “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi” Qaydasını təsdiq edib. Yeni sənəd rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir".

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov "Facebook" hesabında yazıb.

"Sənədə əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir. Qaydaya əsasən rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu 125 manat ödəniləcək. Əmək Məcəlləsinə əsasən, işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir, yəni, aylıq 375 manat ödənilir.
 

Rotasiya olunanlara minimum aylıq əməkhaqqının 3 misli məbləğində, yəni 1200 manat birdəfəlik ödənişin verilməsi də nəzərdə tutulur. Bu vəsait köç və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.


Yeni qaydanı keyslər üzərindən izah edək: Birinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Bərdə rayonunda işini davam etdirir və onun ailəsinin 4 üzvü var. Bu zaman həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 625 manat (250 manat + 125 manat X 3) aylıq kompensasiya ödənilir. Bu kompensasiya maaşdan əlavə ödənilən vəsaitdir.

İkinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Füzuli şəhərində, yəni işğaldan azad olunan ərazimizdə işini davam etdirir. Bu halda həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 937.5 manat (250 manat + 125 manat X 3 X 1.5) aylıq kompensasiya ödənilir. Bu kompensasiya da maaşdan əlavə ödənilən puldur.

Qeyd edək ki, kompensasiyaların verilməsində əsas məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir", - deyə o qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ÇL matçına çıxmamaq cəzasından son anda XİLAS OLDU

ÇL matçına çıxmamaq cəzasından son anda XİLAS OLDU

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

"Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək

"Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

Təzə soğan kimlərə olmaz? - Həkim AÇIQLADI

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

"Barselona" baş məşqçisi ilə müqaviləni UZADIR

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

ETX-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Oqtay məni heç vaxt tərifləmirdi"

"Oqtay məni heç vaxt tərifləmirdi"

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ

Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Köçəryan Ermənistan müxalifətindən baş nazir postuna namizəd oldu

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

La Liqanın ƏN BAHALI futbolçuları kimlərdir?

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

İran İsrail şəhərlərini kaset başlıqlı raketlərlə vurur - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Fədayə iki ildir efirlərdə olmamasının səbəbini açıqladı - VİDEO

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

“Apple”dan beş ildən sonra YENİLİK: 549 dollar dəyərində… - FOTO

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Bakıda keçiriləcək UFC turnirinin vaxtı AÇIQLANDI

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

Cənubi Afrika Respublikası ABŞ-ın İranla münasibətləri kəsmək tələbini RƏDD ETDİ

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

İrandan daha 5 Azərbaycan vətəndaşı təxliyə olundu - FOTO

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

“Qarabağ” – “Sabah” matçının vaxtı AÇIQLANDI

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Hüseyn Dəryanın OĞLU: “O gün səninlə oyanıb, sənsiz yatdm” - FOTO

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

End of content

No more pages to load

RADİO