“Bitcoin” kriptovalyutasının qiyməti rekord qıraraq 105 min dollara çatıb.
Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə 03:26-da “Binance” platformasında Bitkoinin dəyəri 105,2 min dollara çatıb.
Saat 08.37-ə olan məlumata görə isə 1 “Bitcoin” 104,794 dollara bərabərdir.
Ekspertlərin fikrincə, Bitkoin yaxın günlərdə 110 min dollar həddini keçə bilər.
Qeyd edək ki, Kriptovalyutanın bahalaşmasına səbəb kimi ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın vədləri, geosiyasi böhranlar zamanı bitkoin və steyblkoinlərin potensial müdafiə aktivi kimi qəbul edilməsi göstərilir.
Bizim.Media