“Bazar alverçiləri” vergiyə cəlb EDİLİR

Ekspertlərdən fərqli yanaşma: bəziləri yeni qaydaların ciddi problem yaradacağını, bəziləri də bunun böyük miqyasda vergidən yayınmanın qarşısını alacağını deyir... 

Azərbaycanda bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Əks təqdirdə, hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 min manat maliyyə sanksiyası tətbiq ediləcək. Bu, Milli Məclisin müzakirəsinə çıxarılacaq Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.  

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, layihə bazarlarda, o cümlədən ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək.

Ancaq kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olanların istisna təşkil edəcəyi gözlənilir.  

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Turan”a bildirilib ki, nəzərdə tutulan dəyişiklik kənd təsərrüfatı məhsullarının bazarlarını əhatə etməyəcək:

“Ancaq layihə digər bazarlarda, o cümlədən ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlara şamil ediləcək. Onlar təsərrüfat subyektlərini və özlərinin vergi uçotuna alınmalı olacaqlar”.  

Xidmətdən qeyd olunub ki, bazarların mülkiyyətçiləri və idarəediciləri bazarlarda fəaliyyət göstərən sahibkarlara satış obyektlərini icarə götürülməsi barədə müqavilələri rəsmiləşdirdikdən sonra fəaliyyət başlamasına və vergi uçotuna alınmasına şərait yaratmalıdır:

“Vergi uçotuna alınmayan sahibkarlara bazarlarda fəaliyyət göstərməyə icazə verilməyəcək”.  

Qurumdan vurğulanıb ki, dəyişikliyin məqsədi bazarlar üzərində vergi nəzarətinin effektiv qurulmasını təmin etməkdir:

“Qanun qəbul olunduğu təqdirdə 9 ay sonra qüvvəyə minəcək və qüvvəyə mindikdən sonra bazar mülkiyyətçilərinə və idarəedicilərinə 6 ay vaxt veriləcək ki, sahibkarlarla rəsmi icarə müqaviləsini bağlasınlar, sahibkarlar vergi uçotuna alınsınlar”.  

İqtisadçılar hesab edir ki, yeni qayda dövlət büdcəsinə böyük vəsaitlər gətirə bilməyəcək. Qeyd edək ki, bir çox ölkələr kiçik sahibkarları, o cümlədən bazarlarda fəaliyyət göstərən ticarətçiləri vergi sisteminə cəlb etmək üçün sadələşdirilmiş vergi rejimləri tətbiq edirlər. Bu, kiçikmiqyaslı sahibkarlar üçün vergi ödəmə prosesini asanlaşdırır və onlara əlavə bürokratik maneələr yaratmır. 

Misal üçün, qardaş ölkə Türkiyədə kiçik sahibkarlar və bazar ticarətçiləri üçün “vergidən azad zonası” yaratmaqla onların vergi ödəmələri sadələşdirilib.

Kiçik ticarətçilər üçün gəlir vergisinin müəyyən bir hissəsi azaldılıb, beləliklə, onlar daha asan şəkildə vergi ödəyirlər. 

Hindistanda kiçik müəssisələr üçün “GST (Goods and Services Tax) rejimi” tətbiq olunur. Bu rejim mikro və kiçik sahibkarlar üçün vergi ödəmələrini sadələşdirir və daha geniş vergi bazası yaratmağa kömək edir. 

Bəzi ölkələrdə sahibkarların vergi yükünün yüngülləşdirilməsi məqsədilə vergi güzəştləri tətbiq olunur. Bu cür güzəştlər onların vergi ödəmə sisteminə daxil olmalarını təşviq edir. Misal üçün, Braziliyada kiçik ticarətçilər üçün “Simples Nacional” adlı bir sistem mövcuddur ki, burada kiçik sahibkarlar vergiləri daha sadə və az miqdarda ödəyirlər. Bu sistem bazar ticarətçilərinin vergi yükünü azaltmaqla, onların qanuni fəaliyyət göstərməsini təmin edir.
 

Çində kiçik ticarətçilər üçün vergi güzəştləri tətbiq edilir, bu da onları vergi sisteminə daxil olmağa təşviq edir. Cənubi Koreyada  sadələşdirilmiş vergi sistemləri ilə kiçik sahibkarlara vergi ödəmə prosesində daha şəffaf və anlaşılan qaydalar təqdim edir. Yaponiyada vergi bəyannamələrinin təqdim edilməsi sadələşdirilmiş və elektron formada həyata keçirilir, bu da sahibkarlara vergi ödəmələrini düzgün şəkildə etməyə imkan verir. 


Dünya təcrübəsi göstərir ki, bazarlarda fəaliyyət göstərən sahibkarların vergi uçotuna cəlb edilməsi üçün sadələşdirilmiş vergi rejimləri, vergi güzəştləri, elektronlaşdırma və şəffaf vergi idarəetməsi kimi müxtəlif yanaşmalar mövcuddur. Lakin bu tədbirlər təkbaşına dövlət büdcəsinə böyük vəsaitlər gətirməyə bilər. Əhəmiyyətli olan bazar sahibkarlarını vergi ödəməyə təşviq edəcək şəraitin yaradılması və vergi yığımı prosesininsadələşdirilməsidir. Bununla yanaşı, vergi ödəyicilərinin məlumatlılığını artırmaq və onlara hüquqi dəstək vermək də vacibdir. 

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:

“Ümumiyyətlə, yeni qaydaların tətbiqi ciddi problemlər, hətta qeyri-leqal ödənişlər üçün də əsaslar yaradacaq. Yol kənarında, biz rayonlara səfər edərkən kiçik bazarlar görürük. Bu qaydalar həmin bazarlara da tətbiq ediləcəkmi? O bazarlarda çalışanlara, yaxud həyətinin qırağında mal satan kəndli və fermerlərə də şamil olunacaqmı? Ümumiyyətlə, bu tətbiqdən ölkə büdcəsinə daxil olan gəlirlər maksimum bir neçə milyon manat ola bilər.

Buna görə insanlara əziyyət verməyə və ya hər hansı formada onların vergisini artırmağa dəyərmi? Çünki vergilərin artırılması məhsul və xidmətlərin qiymətlərinin də yüksəlməsinə səbəb olacaq. Mənə elə gəlir ki, belə tədbirlərə ehtiyac yoxdur. Bu, büdcə üçün ciddi bir gəlir mənbəyi hesab edilə bilməz. Söhbət il ərzində cəmi 2-3 milyon manatlıq gəlirdən gedə bilər, buna ehtiyac varmı?” 

İqtisadçı Eyyub Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a mövqeyini bildirib:

“Öz qənaətimə əsasən və dünyada tətbiq olunan praktikaya əsaslanaraq qeyd etmək istəyirəm ki, hər bir sahibkarlıq subyekti mütləq vergi ödəməlidir. Bizdə çox maraqlı bir vəziyyət yaranmışdı. Bəzi ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar yalnız icarə  haqqı ödəməklə, dövlət büdcəsinə heç bir ödənişlər həyata keçirmirdilər. Həmin ödənişləri yalnız ticarət mərkəzləri həyata keçirirdi.

Mən hesab edirəm ki, bu, böyük miqyasda vergidən yayınmaya yol açırdı. Əlbəttə, hər bir ticarətlə məşğul olan şəxs vergi ödəməlidir. Lakin bunu da qeyd etməliyəm ki, gələcəkdə ticarət mərkəzlərinin rəhbərləri də bu vəziyyəti nəzərə almalıdır.

Bəzi hallarda, hazırda vergi öhdəliyi olmadığı üçün onlar sahibkarlardan daha yüksək icarə haqları tələb edirlər. Əgər bu vergi yükü sahibkarlara şamil olunacaqsa, ticarət mərkəzləri bunu nəzərə almalı və icarə haqlarını aşağı salmalıdır. Sahibkarlar da bu məsələdə haqlarını tələb etməlidir.
 

Çünki həm vergi yükünün artması, həm də yüksək icarə haqları sahibkarları daha çətin vəziyyətlə üz-üzə qoyur. O ki qaldı dövlət büdcəsinə daxilolmalara, bugünkü vəziyyətdə bu sahədə çalışan sahibkarların əslində sayını bilmirik ki, məsələyə dair dəqiq rəy bildirə bilək.


Məsələn, bizdə böyük ticarət mərkəzləri var,  Binə və Sədərək, "Mall"lar, əyləncə və ticarət mərkəzləri fəaliyyət göstərir. Regionlarda da belə ticarət mərkəzləri var, amma onların qeydiyyatı aparılmadığına görə bu mərkəzlərdə nə qədər sahibkarın çalışdığını müəyyən etmək çətindir. Bununla belə, hesab edirəm ki, bu sahədə kifayət qədər sahibkar fəaliyyət göstərir və onlar dövlət büdcəsini əhəmiyyətli gəlirlə təmin edə bilər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Masallıda şərab evində saxta alkoqollu içkilər aşkarlandı - FOTO

Masallıda şərab evində saxta alkoqollu içkilər aşkarlandı - FOTO

Ukrayna ordusu Rusiyada neft terminalı effektiv zərbələr endirib

Ukrayna ordusu Rusiyada neft terminalı effektiv zərbələr endirib

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

“Hər şey yanıb külə dönüb, pullarım, qızıllarım…” - Göyçayda yanan evin sahibləri DANIŞDI

“Hər şey yanıb külə dönüb, pullarım, qızıllarım…” - Göyçayda yanan evin sahibləri DANIŞDI

“Qəbələ”nin hazırlıq planı BƏLLİ OLDU

“Qəbələ”nin hazırlıq planı BƏLLİ OLDU

Gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlar olacaq

Gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlar olacaq

Orqanizmi bayram süfrəsinə necə hazırlayaq ? - TÖVSİYƏLƏR

Orqanizmi bayram süfrəsinə necə hazırlayaq ? - TÖVSİYƏLƏR

Paşinyan: “Azərbaycanla sülhün əldə olunması Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq”

Paşinyan: “Azərbaycanla sülhün əldə olunması Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacaq”

İki bürcə XƏBƏRDARLIQ: İlin sonuna qədər təcili istirahət etməlisiniz

İki bürcə XƏBƏRDARLIQ: İlin sonuna qədər təcili istirahət etməlisiniz

"Mançester Yunayted"lə oyunda 111 illik rekord TƏKRARLANDI

"Mançester Yunayted"lə oyunda 111 illik rekord TƏKRARLANDI

Moskva ilə İrəvan atom enerjisi sahəsində əməkdaşlıq edəcək

Moskva ilə İrəvan atom enerjisi sahəsində əməkdaşlıq edəcək

TDT-nin Baş katibi İlham Əliyevi TƏBRİK ETDİ

TDT-nin Baş katibi İlham Əliyevi TƏBRİK ETDİ

Dövlət Vergi Xidmətinin rəisinə iki yeni müşavir TƏYİN EDİLDİ

Dövlət Vergi Xidmətinin rəisinə iki yeni müşavir TƏYİN EDİLDİ

Bu futbolçular yanvarda “Qarabağ”ı tərk edə bilər – ADLAR

Bu futbolçular yanvarda “Qarabağ”ı tərk edə bilər – ADLAR

Sergey Lebedevdən Prezidentə: “Sayənizdə Azərbaycan dünyada mövqelərini möhkəmləndirir”

Sergey Lebedevdən Prezidentə: “Sayənizdə Azərbaycan dünyada mövqelərini möhkəmləndirir”

Nazir sıra baxışı keçirdi, 120 nəfər seçildi - FOTO/VİDEO

Nazir sıra baxışı keçirdi, 120 nəfər seçildi - FOTO/VİDEO

Putin və Paşinyan arasında görüş keçirilib - VİDEO

Putin və Paşinyan arasında görüş keçirilib - VİDEO

Göyçayda şiddətli yanğın BAŞLAYIB - FOTO

Göyçayda şiddətli yanğın BAŞLAYIB - FOTO

DİQQƏT: Paytaxt yollarında sıxlıq var

DİQQƏT: Paytaxt yollarında sıxlıq var

“Meydan" TV işi üzrə məhkəmədə ittiham aktı ELAN OLUNDU

“Meydan" TV işi üzrə məhkəmədə ittiham aktı ELAN OLUNDU

Şəhid atasının müraciəti qısa müddətdə HƏLLİNİ TAPDI - FOTO

Şəhid atasının müraciəti qısa müddətdə HƏLLİNİ TAPDI - FOTO

Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası KEÇİRİLDİ - FOTO

Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası KEÇİRİLDİ - FOTO

Azərbaycandan İsrailə pul köçürmələri ARTIB

Azərbaycandan İsrailə pul köçürmələri ARTIB

Daha bir “işə düzəltmək” fırıldağı - Qadın TUTULDU

Daha bir “işə düzəltmək” fırıldağı - Qadın TUTULDU

End of content

No more pages to load

RADİO